Mənalı cümlələr silsiləsindən

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 14 406
Səs ver:
(səs: 3)
Bu dünyada elə ya da belə etdiyin hər şeyin hesabını verəcəksən... Heç bir şey qarşılıqsız deyil.... Allahın mərhəmətindən başqa...

Hər kəsin bir dərdi var; hər dərdin bir ağrısı .. Ağrılarım dözülməz deyil amma, bir də duz basanı var...

Başqalarının səhvlərini dərhal görüb özünkiləri ağılına belə gətirməmək, axmaqlığın bir nömrəli işarəsidir...

Bir yaxşılığı edən deyil, yaxşılığı görən xatırlamalıdır...

Dünya hamıya çatacaq qədər böyükdür.

Başqasının yerini tutmağa çalışmaqdansa, öz yerin haqqında fikirləş...

İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır.Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir...

Aclıqdan ölmək üzrə olan bir iti qurtarın, sizi dişləməyəcək..İnsan ilə it arasındakı tək fərq budur...

Bir kişinin yumruğundan sərtdir bəzən bir qadının son sözü.Çünki, birincisi dişlərini qırar, ikincisi bütün xəyallarını...

Özümüz istəməsək, heç kəs həyatımıza təsir edə bilməz...

Hər kəs məni özündən razı bilə bilər. Önəmli deyil heç! Boş-boş yalançı şirinlikdən yaxşıdır özündən razılıq.

Çünki xanımlıq da ağac kimidir. Kökü yerdə başı yuxardadır! Qurbağanı kresloya oturtsansa, o yenə palçığa atlar...

Həyatda bir məqsədi olmayan insanlar, bir çay üzərində axıb gedən saman zibillərinə bənzərlər; onlar getməzlər, ancaq suyun axışına qapılarlar.
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 14 406
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri