Anaları bədbəxt edən atalar: Onları bağışlamaq olarmı?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 709
Səs ver:
(səs: 2)
Anaları bədbəxt edən atalar: Onları bağışlamaq olarmı?

"Səni axtarıram" verilişindən yəqin ki, çoxlarınız xəbərdarsınız. Bu verilişdə bədbəxt, acı taleləri görəndə üzülməmək, göz yaşlarına qərq olmamaq mümkün deyil. Ürək lazımdır ki, bunlara dözsün. Bu baxımdan aparıcını və komanda heyətini qəhrəman saymaq olar. "Səni axtarıram"ın sonuncu buraxılışı ilə bağlı gördüklərimdən danışmaq istəyirəm.

"Onun yarısı"nda planlaşdırılmış göz yaşları?


http://imgs.su/tmp/1320577036-656.jpg


Artıq o verilişin yayımlanmasından bir neçə gün keçib və mən hələ də proqramın təsirdən çıxmamışam. Sonda bu yazını yazmaq qərarına gəldim. Verilişin bu dəfəki qəhramanları da yenə ata axtarışında idilər.

Nədənsə, Azərbaycanda ata axtarışı son vaxtlar yaman dəbdədir. Hələ aylar öncə «Onun yarısı» proqramına baxanlar yəqin o verilişdə də bir ara atasız qızların «ata vay-şüvəni», bundan tragediya yaratmalarını xatırlayarlar. Efirə çıxan göz yaşı tökürdü ki, "mən atasız olduğum üçün guya məktəbdə bunu lağa qoyurmuşlar", "özünü tənha hiss edirmiş", "bədbəxtlik" və daha nələr...

Nədənsə, bu ağlaşma mənə saxta gəlirdi, "Onun yarısı"nda məşhurlaşmaq üçün planlaşdırılmış türk, hind kinolarında kimi dram səhnə yaratmaq cəhdi kimi anlayırdım. Axı, hətta belə bir məsəl də var ki, uşaq anadan yetim qalır. Atasız olmaq faciə deyil, xüsüsilə də o səni atıb gedibsə.

Hətta məni qınayanlar olsa da deyərdim ki, müqayisə ilə bəzi məsələlərdə atalı qızlardan daha şanslıdırlar. Xüsusən də müsəlman toplumunda. Ən azından evdə "diktator"luq edən, qızları oxumağa qoymayan, "gözümçıxdı"ya salan, hətta zorla ərə getmələrinə də qərar verən ataları yoxdur. Bunu tragediyaya çevirmək nəyə lazımdır? Bu «Onun yarısı» ilə bağlı o vaxtdan ürəyimdə qalanlar... İndisə keçək, yazının əsas mövzusuna...

Atılmış qızların ata həsrəti


http://imgs.su/tmp/1320577219-656.jpg

"Səni axtarıram"da bu həftə efirə 2 bacı gəlmişdi. Onları körpə yaşından atıb gedən atalarını axtarırdılar. Deyilənə görə, atalarının onları atmasının səbəbi 2-ci qız övladının dünyaya gəlməsi ilə bağlı olmuşdu. Bəlkə də bu əsas səbəb deyildi. Amma bütün hallarda ortada atılmış 2 körpə vardı. Ata «uf» demədən onları başsız qoyub getmişdi. Üstəlik də,18 yaşına kimi övladını himayəsində saxlamaq kimi borcunu da ödəməmişdi (vicdanı olsa ən azından pul göndərirdi). Amma, yenə də övladları ata həsrəti ilə efirə çıxmışdılar, 20-21 yaşlı bu qızların məsum simaları göz yaşlarına qərq olmuşdu, ürəksiz, hissiz, duyğusuz atalarına görə... Hətta illər sonra belə ata həsrəti bu qızlar ürəkdən gülməyə imkan vermirdi.

Nə isə, hec bu da yazımın əsas mövzusu deyil. Məni, eləcə də bir çox mənim kimi düşünənləri narahat edən odur ki, 3 dəfə evlənən, 3 qadını bədbəxt edən, o qadınlardan olan övladlarını yetim qoyan 70 yaşlı qoca idi.

Verilişə baxmayanlara xatırlatma edim. Demək, bu qoca təbii olaraq əvvəlcə bir azərbaycanlı qızı bədbəxt edib. Evlənib, uşaqları olub, sonra isə 25 yaşında ölkəni tərk edib Rusiyaya gedib. Qanın qaynayan gənc kişi orda da boş dayanmayıb, evlənib və o qadından da 5 uşaq sahibi olub. Günlərin birində kişinin könlünə başqa ölkədən arvad almaq düşüb. Bir sözlə Rusiayadakı arvad-uşağı da qoyub Dağıstana gedir və orada da bir qadınla evlənir.

Bax beləcə, qadınları, uşaqlarını düşünməyib, onların pis vəziyyətdə qoyub öz kefini çəkə-çəkə yaşayıb və qocalıb əldən düşəndə, kimsəsiz qalanda birdən yadına düşüb ki, Azərbayadan 30 il öncə atıb gəldiyi övladları var. Nə başınızı ağrıdım, hazırda ona sahib çıxan azərbaycanlı arvadından olan qızıdır. Yenə də övlad ürəyi, atasını sahibsiz qoymayıb, xəstəlikdən, tənhalıqdan artıq intahar etməyə hazırlaşan atasını götürüb Azərbaycana gəlir.

Hər ölkədə bir dilbər, hər dilbərdən 4-5 uşaq

Verilişə çıxmaqda da (qızı gəlmişdi) məqsəd 2-ci arvaddan olan 5 uşağını tapmaqdır. Düzü, mənə onları niyə axtarmaları qəribə gəlir. İntusiyam deyir ki, kişi yəqin digər övladlarından da nələrsə tələb etmək fikrinə düşüb. Çünki onun atalıq hissləri heç anadan gəlmə olmayıb. İndi necə oldu ki, 70 yaşında peyda oldu? Onun vicdanı, ürəyi, hissləri olsaydı 3 qadını və 8 uşağı bəxbəxt etməzdi. Artıq qocalıb və qocalara hörmət edən bir xalq olaraq içimizdə mərhəmət hissi ilə nifrətmizin üstünə su səpməyə çalışırıq «hər bir insan səhv edə bilər» deyə...

Amma bu cür düşünənlərdən fərqli olaraq mən ona heç bir halda haqq vermirəm. O mənim atam olsaydı bağışlamazdım. Özümə görə yox, anamı bədbəxt etdiyi, onu gənc yaşında bir qadın olaraq sevgiyə, qayğıya möhtac qoyduğu, təkbaşına övladlarına baxmaq ağırlığını zərif çiyinlərinə yüklədiyi üçün onu bağışlamazdım.

"Bu cür insanlar bağışlanmaya və sevgiyə layiq deyil. Pislərə yaxşılıq, yaxşılara hörmətsizlikdir. Qoy, hər kəs öz etdiyi əməllərin cəzasını çəksin" deyə düşünürəm bəzən, amma sonra yenə də içimdən dərin bir təəssüf hissi keçdiyini duyuram. 3 qadını və 8 uşağı sevgidən məhrum edən, həyatlarını qaraldan bir insanı sizcə bağışlamaq olarmı?


Milli düşüncə tərzimiz burda da özünü göstərir, kişi nə edir etsin, bağışlanmalı və etdiyi unudulmalıdır. Sizcə niyə?

(səs: 2)
Şərhlər: 0
Baxılıb: 3 709
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri