Öz çarpayısında yatarkən körpənin beyni yuxunun iki tipi, yəni aktiv və sakit yuxu arasında daha az keçid edir. Bu keçid isə beynin normal inkişafı üçün vacibdir. Sonralar yuxu çatışmazlığı və stress səbəbindən uşaqda pis davranış da istisna edilmir.
Ekspertin fikrincə, körpələr üçün həyatın ilk həftələrində ideal vəziyyət ananın sinəsində yatmaqdır. Sonra uşaq ana ilə bir çarpayıda 3-4 yaşınadək yatmağı davam etdirməlidir.
Alimin üzərində təcrübəsini sınaqdan keçirdiyi çarpayıda yatan 16 uşaqdan yalnız 6-da sakit yuxu qeydə alınıb və həmin yuxunun keyfiyyəti anası ilə birgə yatan uşaqlardakından xeyli aşağı olub.
Bu haqda siz necə fikirləşirsiniz?
Neçə yaşına kimi ananızla yatmısınız?