"Heç ölmək istəmisən?" - Köşə Nura

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1 891
Səs ver:
(səs: 0)
("Bu yazımı çox sevdiyim Millət Vəkili Qənirə Paşayevanın "İstəyirəm” şerindən və həmin şerə yazılmış mahnıdan ilhamlanaraq yazmışam.” http://m.youtube.com/watch?v=OllHSuB8ak8)

Düzünü de… Hec intihar etmək istəmisən? Nə vaxtsa yaşamaqdan, ətrafındakı insanlardan bezmisən?

Sevgini, həyat eşqini, yaşama səbəbini, itirmisən? Qaranlıq otaqda ağlayıb,  Allaha ölmək üçün yalvarmısan? Mahnılarla ağlayıb, tənhalığına sarılmısan?

Şəkillərinə doymadan baxıb, sonumuz axı niyə belə oldu deyə düşünmüsən? Evdən bezib, özünü küçəyə atıb, doğma şəhərində gəzərkən ozünü ən yad insan kimi hiss etmisən?

Onunla eyni şəhərdə yaşayıb, amma bir daha görüşməyəcəyinizi, gölərinə baxa bilməyəcəyini, gülüşünü görə bilməyəcəyini başa düşüb, gözlərini kədərlə yummusan?

Gözlərini yumub hər şeyi unutmaq istəmisən? Unudacam, unutmalıyam, bitdi deyib, özünə hər gün yalan demisən? Onu unutmayan ürəyini, bədənində dəfn etmək istəmisən?

Hamının önünüdə dik gəzib, heç nə yoxmuş kimi, xoşbəxtsənmiş kimi ozünü göstərib sonra öz önündə əyilib sınmısan? Səni bir eşqlə sındıran, qürürdan qurtulmaq istəmisən?

Onun həyatına gəlməməli olduğunu, onu sevməyin qadağan olduğunu bilə-bilə ilk baxışdan həyatında ilk dəfə aşiq olmusan? Bir zalıma aşıq edən qəlbini öldürmək istəmisən?

Hər gecə yatanda heç olmasa bircə dəqiqəlik onunla yuxularında görüşmək üçün dua etmisən? Onlu yuxularından əbədi ayrılmaq istəmisən?

Adını bu dünyada özünə ən doğma ən əziz ad bilib, özü qədər adını da sevmisən? Dilindən düşməyən adını, dodaqlarında dondurmaq istəmisən?

Onu canından belə çox sevmisən? Ona toxunsalar canın yanacaq deyə canından belə qurtulmaq istəmisən?Kaş ki, başqa dünyada tanış olub, daha xoşbəxt olaydıq deyə xəyallar qurmusan? Onu onun özündən qaçırıb, özünlə aparmaq istəmisən?

Nəfəsini arzulayaraq yatıb, ətrini duyaraq oyanıb, yanında görməyib, qəhərindən boğulmusan? Ayrılanda, dünyanın rəngləri solanda, nə vasa bu ayrılığın intiqamını alacağına and içmisən?

Nakam ilk eşqinin, onsuz illərinin, ayrılığının intiqamını alandan sonra hələ də, onun səni sevdiyini başa düşüb,  vicdan əzabı ilə bağrına daş basmısan?

Sözün əsl mənasında ölümünə sevmisən? Düzünü de, etiraf et… Heç ölmək istəmisən?//Nurapress
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 891
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri