Onu dinləyən kim?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 2 395
Səs ver:
(səs: 1)
Bu gün insanların ən çox nəyə ehtiyacı var? Yəqin deyəcəksiz çox şeyə. Müharibə, iqtisadi böhran və ya təbii fəlakətlərlə üzləşən ölkələrin əhalisinin geyimə, yeməyə, isti yatağa, sığınacağa və s. ehtiyacı var.. Bunu hamı bilir.. Axı niyə ehtiyac dedikdə insanların ağlına ilk gələn maddiyyat olur? Mənəvi ehtiyacı olanların sayı daha çoxdur axı.. Maddi tələbatı artıqlamasıyla ödənən, zahirən xoşbəxt görünənlərin də nəyəsə ehtiyacı var. Birinin sevgiyə, digərinin dostluğa, başqasının mənəvi rahatlığa.. Bir çoxlarınınsa sadəcə dinlənilməyə...

Dinlənilmək... Bu gün dərdini deyə biləcəyin, səni sonadək dinləyə biləcək- qınamadan, günahlandırmadan, mənasız təsəlli vermədən, ya acımadan, sadəcə dinləyən birinə çətin rast gələsən.. İlk baxışdan çox sadədir-müsahibinlə üz-üzə oturub onu dinləmək.. Dərdini bölüşmək, yaşadıqlarını hiss etmək, anlamağa çalışmaq..-bunları hər kəs bacarsaydı o zaman yaxınlarımızdan heç biri (heç biri!) nə bədbəxt olardı, nə çarəsiz xəstə, nə də çətinlik qarşısında qaldığı zaman intihar barədə bir anlıq da olsa düşünməzdi.İnsanı bədbəxt edən, çarəsiz xəstəliyə salan da, intihara vadar edən, bəzi hallarda cinayətə belə sövq edən məhz onu dinləyənin olmamasıdır.Ürəyini boşaltmağa birini tapmadığı üçün çıxış yolunu özü təkbaşına axtarmağa çalışır.Ya da təklikdə o qədər düşünür, düşünür ki, beynindəki mənfi fikirlər ona qarşı hücum çəkən amansız düşmənə çevrilib onun xoşbəxtliyini, sağlamlığını, ya da həyatını əlindən almağa başlayır..

Sadəcə dinləmək, sadəcə dinlənilmək..-məgər çox şeymi istəyir insan?

Dinlənilmək arzusu ta uşaqlıqdan qocalanadək insanın içində elə arzu olaraq da qalır.Elə insan yoxdur ki, nə zamansa bu hissi bir dəfə də olsa yaşamasın.

Onu dinləyən kim?
...Valideynlərinə onu çoxdan düşündürən sualı tərəddüdlə, həyəcanla vermək istəyən balacaya "Sən uşaqsan, belə şeylər soruşma.Böyüyəndə onsuz da biləcəksən” deyib onu sonadək dinləməməklə uşağı həmin suala cavabı başqalarından öyrənməyə yönəltdiklərini düşünmürlər..Beləliklə də uşaq daha evdəkilərə sual vermir.Suallarının cavabını da, problemlərini də onu "dinləyən”lərə deməyi üstün tutur.”Dinləyicləri” də təbii ki, özü kimi təcrübəsizlər olur.Bunun da nəticəsini düşünmək çətin deyil...

Onu dinləyən kim?
...Həmin uşaq bir az da böyüyür.Bir neçə ildən sonra orta məktəbi bitirəcək.Ali məktəbə qəbul imtahanlarına hazırlaşır.Ali məktəbdə oxumaq istədiyi ixtisası deyəndə belə onu dinləmirlər.Valideynin arzusu yenə keçərli olur.O, ya atanın arzusuyla bank işçisi olmalıdır, ya da ana istəyən kimi həkim..və ya başqa "ciddi sənət” ardınca getməlidir.Əlbəttə,öz arzularının ardınca gedənlər də olur.Amma onların da bu "azadlığı” sonadək davam etmir.”Dinlənilmə prosesi” yarıda dayanır..Hər şeyi özü "düzüb-qoşan”, sevimli balasına düşünmək üçün belə zəhmət verməyən qayğıkeş valideynlər yenə öz rollarındadırlar:

-"Ali məktəbi də bitirdin, artıq işə də düzəlmisən..İndi isə tam ailə qurmaq zamanın gəlib çatıb..Evlənəcəyin insanı da tapmışıq artıq”..Ali təhsilli, "öz ayağı üstündə” duran gəncin səsi yenə eşidilməz oldu.. Onu dinləyən kim?....

...Zaman keçir..Uşaqlıqda, yeniyetmə dövründə, gəncliyində dinlənilməyən övlad artıq özü valideyndir..Bir zaman ata-anasından gördüklərini, "öyrəndiklərini” övladlarına tətbiq edir o da..Bir zaman onun əvəzinə də düşünən ata-anasa artıq yaşlanıblar.Övladların qayğısına möhtac qalan bu hökmlü valideynlər öz "əsər”lərini indi sakit-sakit bir kənardan seyr edirlər..

Dinlənilməmək vərdişi ailədən başlayır, məktəbdə (bir çoxunda) davam edir..Həyatda isə tətbiq edilir.Ailə və məktəbin yetişdirdiyi bu günkü uşaqlar da böyüyüncə bu "ənənəni” davam etdirəcəklər..Bəs bu "ənənəni” necə pozaq, tərbiyəni kimdən başlayaq,- uşaqlardanmı, ya onları dinləməyi bacarmayan böyüklərdənmi?
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 2 395
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri