Suallar suallar yenədə suallar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 5 931
Səs ver:
(səs: 2)
1. Gəncədə yaşayan birini niyə Bakıda basdırmaq olmaz?

2. 1stəkan suyun üstünə 1 stəkan su tökəndə nolur?

3. Təsəvvür edinki bir dənə kibritiniz var.Daxilində lampa,soba və şam olan soyuq və qaranlıq otaqdasınız.Əvvəl hansını yandırarsız.?

4. Bir yetim uşaq çöldə toyuq arxasınca qaçıb onu tutub kəsmək istəyir. Toyuq qaçıb hinə girir. Əgər toyuq hində qalsa uşağın anası çölə çıxsa isə atası öləcək. Uşaq nə etməlidir?

5. Bir oğlan bara gəlir və barmendən bir stəkan su istəyir. Barmen oğlana baxır və tez tüfəngi çıxarıb oğlanın başına tuşlayır. Oğlan barmenə "Sağ olun" deyib barı tərk eliyir. NİYƏ?

6. Bir qocadan soruşurlar:"Sənin neçə yaşın var?"Qoca cavab verdi ki, mənim yüzdən çox yaşım var, ancaq cəmi 25 dəfə ad günü keçirmişəm?Bu necə olur?

7. Bir jurnalist ekskluziv kluba girmək istəyir amma parolu bilmir. O qapının yanında gözləyir və müşahidə eləməyə başlayır.. Az sonra klubun üzvlərindən bir nəfər qapıya yaxınlaşır və qapını döyür. Qapıçı cavab verir "On beş”. Klubun üzvü "Beş” deyir və içəri buraxılır. Az sonra klubun ayrı bir üzvü qapıya yaxınlaşır və qapıçı "On səkkiz” deyir. Klubun üzvü "Səkkiz” deyərək cavab verir və içəri buraxılır. Bütün bunları müşahidə edən jurnalist hər şeyi anladığını düşünür və qapıya yaxınlaşır. Qapıçı "On dörd” deyərək jurnalistə mürəciət edir. Jurnalist isə cavabında "Dörd” deyərək cavab verir. Lakin içəri buraxılmır. Sizcə qapıçı "On dörd” deyəndə jurnalist hansı cavabı verməli idi?

8. Kəndin ağsaqqalı sakinlərə bir neçə il əvvəl qonşuluğda olmuş bir hadisəni danışır. Hadisə belə olub: Bir həkim yuxusunda gecə yarısı qonşu kəntdən qayıtdığını görür. Meşənin yanından keçəndə bir qadının yolda durub ona əl elədiyini görür. Qadın onuda maşına götürməyi xaiş edir və bunlar yollarına davam edirlər. Qəbirstanlığın yanından keçəndə qadın kişidən saxlamağı xaiş edir və qəbirstanlığa tərəf gedir. Kişi xeyli gözləyir qadın gəlib çıxmır və nəhayət maşından düşüb onun dalınca gedir. Gəlib görürkü qadın bir qəbirin yanında oturub nəsə eləyir. Sorşurki burda nə edirsən? Qadın qəfil çevrilir və deyir: "Ət yeyirəm!!!”. Kişi qorxudan yuxudan ayılır və ayılan kimidə ürəyi partlayıb ölür...
Ağsaqqal sözünü bitirir vı sakinlər dağılışıb gedir.
Amma ağsaqqal heçdə hər şeyi düz danışmadı:) Onun hekayəsində bir səhv var idi.(məntiqi səhv). O hansı səhvdi?
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 5 931
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri