Bəs siz bizə haqqınızı halal edirsizmi ey şəhidlər...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 8 039
Səs ver:
(səs: 6)
Fəxr et anam, ağla, amma gözləmə…
Şəhidəm! Bəli, şəhidəm! Anam, bacım, atam, dostum həmişə ağlayacaqlar, həm də sevinəcəklər ki, mən şəhidəm!
Hamı bu adımla fəxr edəcək, sevinəcək, amma o, həmişə ağlayacaq. İllər keçəcək, yara sağalacaq, amma o, həmişə ağlayacaq. Toy olacaq, hər kəsin gələcək halı yaxşı olacaq, zamanla hamı unudacaq, amma o, həmişə ağlayacaq.
Dostum deyir: "Mənim şəhid qardaşım, səni unutmayacam!”.

Zaman keçəcək unudacaqsan!
Atam deyəcək: "Oğlumu dövlətim, mənim vətənim öldürdü”. Atacan, keçəcək!
Bacım deyəcək: "Qardaş, gözümü olda qoydun”. Bacım yaxşı olacaqsan! Amma o, həmişə ağlayacaq.
Körpələr böyüyəcək, mənimlə fəxr edəcəklər. Hər körpədə məni görəcək, hər qapı açılanda mənim gəldiyimi biləcək, hər toy səsi gələndə elə biləcək ki, mənəm.

Mən şəhidəm!
Dostlarımla danışanda hamımız şəhid arzusu ilə gəlmişdik, amma mən şəhidəm! Nə yaxşı ki, şəhidəm, amma o, ağlayır. Sən şəhid anasısan, ağlama bilirəm deyəcəksən ki, övlad acısını bilməzsən. Hər kəs xoşbəxt olsa da sən ağlayacaqsan, o, həmişə ağlayacaq, mənim anam ağlayacaq. Ağlama anam, mən şəhidəm!
Əlim yaralananda özün bağlayırdın, "oğlum, etmə belə” deyirdin. Sənə bir şey olsa yaşaya bilmərəm anacan, yaşa, fəxr et şəhid oğlunla! Ağlama deməyəcəm, çünki onsuz da ağlayacaqsan. Qapıda gözlərin yol çəkəcək anacan, ağla, amma gözləmə, gələ bilməyəcəm. Bağışla, hər zaman sözünü eşitmişəm, amma gözləmə, gəlməyəcəm. Mənə şəhidim de! Bu ad mənim adımdır! Mən sənin oğlunam! Fəxr et anam, ağla, amma gözləmə…
Gözləmə şəhidini!

 

 

 

 

 

 

 

(səs: 6)
Şərhlər: 5
Baxılıb: 8 039
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri