Qəhvənin ağlasığmaz faydası aşkarlandı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 464
Səs ver:
(səs: 3)
Qəhvə qulaqda olan küyü aradan qaldırır. Bu cür küylər adətən qadınların qulaqlarında olur. Baxmayaraq ki, yaxınlıqda mənbəyi olmur, bəzən onların ya bir, ya da hər iki qulağında səs olur.

Yeni araşdırma göstərib ki, daha çox qəhvə içən qadınlarda belə problemə az rast gəlinir.

Bostondakı "Brigham & Women's Hospital" xəstəxanasının əldə etdiyi məlumatları "The American Journal of Medicine" jurnalında dərc ediblər.

ABŞ ərazisində yaşayan 50 milyon adam bu və ya digər dərəcədə küy eşidir. Bunu adətən qulaqdakı zəng kimi təsvir edirlər. Onların 1 milyona yaxını həmin küydən o qədər əziyyət çəkir ki, normal həyat tərzi keçirə bilmir.

Tədqiqatları aparmaq üçün tədqiqatçılar qulaqlarında bu cür küy olan 65 min qadının xəstəlik tartixçələrini və digər məlumatlarını araşdırıblar. Həmin qrupa 30-44 yaş arası qadınlar daxil edilib. Onların 1991-ci ildən bu yana həyat tərzləri, qidaları, xəstəlik tarixçələri araşdırılıb. Sonda məlum olub ki, gündə heç olmasa iki fincan qəhvə içən qadınların qulaqlarındakı küy az olub.

Tədqiqatın müəllifi, Harvard Universitetinin tibb məktəbinin professoru, doktor Heri Kurhan deyir ki, tədqiqatçılar həmin küyün azalması ilə qəhvə arasında çox yaxın əlaqə tapa biliblər.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 3 464
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri