Qadın sürücülərlə bağlı maraqlı faktlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 271
Səs ver:
(səs: 0)
Bu yaxınlarda oxuduğum bir xəbər diqqətimi çəkdi. İtaliyada 62 yaşlı qadın sürücü 2 həftə ərzində 1.500 qayda pozuntusuna yol verib. Gec də olsa, polislər bu "cinayətkarı” yaxalayıb və 90.000 avro dəyərində cərimə ödəməli olduğunu bildiriblər. Məbləği görən kimi qadının vəziyyəti pisləşib, onu xəstəxanaya aparıblar.

Xəbəri oxuyandan sonra "bravo sənə, ay nənə”, - deyib qadın sürücülərlə bağlı daha nə kimi maraqlı, qorxulu, gülməli hadisələrin baş verib-vermədiyini araşdırmağa başladım.
Kim deyir ki, qadın sürücülər diqqətsizdir, yanılırlar. Aparılan araşdırmalar, keçirilən sorğular qadınların yolda daha diqqətli sürücü olması faktını dəfələrlə təsdiqləyir. Hətta Avropa Birliyinin ekspertləri də qadın sürücülərin kişi sürücülərdən daha diqqətli olduğunu üzə çıxarıb. Lakin araşdırmada məlum olub ki, onlar idarə etdikləri avtomobil haqqında çox az məlumata sahib olurlar. Elə qadınların törətdiyi qəzaların əsas başvermə səbəbi onların diqqətsizliyi deyil, avtomobilinin nasaz olduğunu bilməməsidir.
"Guardian”nın araşdırmasına görə, xanım sürücülərin 61%-i maşınını ustaya yalnız hansısa hissənin sıradan çıxmasından sonra aparır. 77% qadın sürücü isə mühərrikdəki yağın, əyləc mayesinin səviyyəsini ölçə bilmir. Sükan arxasına əyləşən xanımların yalnız 10%-i təkərlərin havasına, yeyilib-yeyilməməsinə fikir verir.

Siz heç bilirsiniz ki, qadın avtomobil idarə edərkən yanında bəy varsa, bu hal qadını  əsəbiləşdirir? Bəli, bunu İngiltərənin İrəli Sürücülər İnstitutunun apardığı araşdırmanın nəticəsi söyləyir. Kişilərə qadının idarə etdiyi avtomobildə olmağın xoş təsir bağışlaması məlum olsa da, amma qadınlar üçün bu əksinədir. Çünki harasa gedərkən sükana əyləşmək üçün kişilər qadınlardan 4 qat maraqlıdırlar.

Qadınlar əsasən özünün balaca, yük yerininsə böyük olduğu avtomobillərə üstünlük verirlər. Avtomobilin görünüşü də qadınlar üçün çox önəmlidir. Onlar rəng seçiminə də xüsusi diqqət yetirir və tünd rəngli avtomobilləri sevmirlər. Avtomobil alan kişilər daha çox markaya fikir verirlərsə, onlardan fərqli olaraq, xanımların çoxunun verdiyi ilk sual avtomobilin avtomatik transmissiyasının olub-olmaması ilə bağlıdır."Otohaber” jurnalının  qadınlar arasında keçirdiyi sorğunun nəticələri də kifayət qədər maraqlı olub. Qadınlar bahalı avtomobilini "vizitka” kimi istifadə edən, onunla qürrələnən  kişiləri xoşlamırlarmış. Görəsən, sorğuda iştirak edən xanımların cavabları nə dərəcədə səmimidir?!

Qadınlar kişilərlə müqayisədə adətən sürət həddini keçmirlər. Qadın sürücülərin törətdiyi qəzaların 82%-i əks-cinsin nümayəndələrinin xanım sürücüləri yolda "sıxışdırmaları” ilə bağlıdır.Kişi sürücülərin qəza törətməsinə səbəb isə bir çox hallarda içkili olmalarıdır.
Amma qadın sürücülər kişilərə nisbətən çox vaxt gərəksiz yerlərdə siqnaldan istifadə edirlər. Kişi sürücülər isə daha az siqnal verirlər.Qadın sürücülər qaydalara ifrat dərəcədə əməl edirlər. Bəzən bu həm nəqliyyatın hərəkətinə, həm sürücülərə, həm də
xanımın özünə zərər verir. Qadın sürücülər kişilərə nisbətən az nəzakətlidirlər. Çünki kişi sürücülər yolda digərlərinə daha çox "yol” verirlər.Qadınlar isə daha çox özlərinə yol verilməsini gözləyirlər və piyadalara, avtomobillərə nadir hallarda yol verirlər.
Amma avtomobilə sevgi kişilərdə daha güclüdür. Kişi sürücülərin 40%-i ilk sevgisindən daha çox ilk avtomobilini, ilk nömrəsini xatırlayır.

Qadınların avtomobil istifadə edərkən buraxdıqları ən böyük səhvlər yolda diqqəti toplaya bilməmək, əyləci çox gec basmaq, avtomobili birdən sürətləndirmək, şose lentlərinə diqqət yetirməmək, başqa avtomobillərlə çox az məsafə saxlamaq, radio ilə "oynayarkən” yola fikir verməmək, güzgüyə çox baxıb bəzənmək və digər səhvlərdir.

Dünyada qadınların avtomobil idarə etməsinə qadağa qoyan yeganə ölkə Səudiyyə Ərəbistanıdır. Burada əcnəbi xanımlara sükan arxasına əyləşməyə icazə verilmir.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 271
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri