Görəsən bizdən yaxşısı varmı?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 332
Səs ver:
(səs: 1)
http://imgs.su/tmp/1320774399-656.jpg

Allah ilk şüurlu insanı, Adəmi yaratdi, ona agıl verdi. Bəs günümüzdə bu ağıldan nə dərəcə istifadə edirik?

Peyğəmbərimiz bizə, uşaqlariniza gozəl adlar qoyun, Quran öyrədin buyurduqları halda, əcnəbi ad və adət-ənənələrı üstünlik verib, Quranı onlara yas ve qəbirsanlıq kitabı kimi təqdim edirik. Nişanlanır, ama kəbin kəsdirmirik, ailə qurur amma mehriyyə təyin etmirik, toy məclislərində şərab şəlalələri ilə başlayib, ilk badələri gəlinlə bəyin sağlığına qaldırırıq, Allah xoşbəxt etsin deyirik.

Məgər Allah şərabı haram etmədimi? Haramla xoşbəxtliyi bir araya gətirən şey nədir, ickimi? Şükür hələ əvvəllər QORKA şüarları vardı, artıq o səslənmir. Yas mərasimlərinı qonşudur getmək lazımdır deyə gedirik, axirəti yada salmaq xatirinə yox.


Hələ qəbirlər.... Mərmər ve qranitdən hazırlanan heykəl baş daşları, təki ruhu şad olsun...


Kitab və kitabxanaları intimoqrafik saytlar, izlənilən internet şəbəkəsi və blutuzlarla ötürülən musiqilər və daha nələr əvəz edir. Həqiqi həyatda bir şeyə nail ola bilməyən minlərlə qız və oğlanlarimiz virtual dünyanin əsirinə çevrilib çat dünyasında yaşamağa başlayırlar. Qızlarımız bütün millətin rəqslərini onların özlərindən yaxşi ifa edir, amma evdə yarpaq dolması bişirib ərinin qabağina qoya bilmədilər. Hər millətə irad tutub öz gözümüzdə çöpü görməyib, başqalarının gözündə bir qucaq odun axtardiq...


GÖRƏSƏN BİZDƏN YAXŞISI VARMI???

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 332
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri