Gülməkdən ölənlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 3 146
Səs ver:
(səs: 0)
Ölümün ən son metodu nə ola bilər sizcə? Gülməkdən ölmək. Lənət şeytana, bu yolla ölmək çox anormal və qeyri adidir. Təsəvvür edin, siz o qədər gülürsünüz ki, bu axırda sizin ölümünüzə səbəb olur. Hər halda son dəqiqələrinizi xoşbəxt gülüşlə başa vurursunuz. Digər ölüm metodları bu cür deyil.

Bu cür yolla dünyasını dəyişən insanlar aşağıdakılardır:

Ole Bentzen " Vanda adlı balıq” filminə baxarkən dünyasını dəyişib. O, filmə baxarkən həddən artıq gülüb və yerindəcə keçinib.

Yunan filosofu Krisipas da həmçinin gülməkdən ölmüşdür. O, ulağına şərab içizdirir və sonra onun ənciri necə yeməsinə tamaşa etməyə başlayır. Ayılanda isə ulaq bütün əncirləri heç bir problem olmadan yeyib bitirmişdir. Lakin içdikdən sonra ulaq dayandığı yerdə büdrəməyə başladı, yerində dura bilməyib tez – tez yıxılırdı. Krisipas bu mənzərəyə o qədər gülmüşdü ki, bu onun ölümünə səbəb olmuşdu.

Belə bir hadisə 1975-ci ildə Aleks Mişel adlı birinin də başına gəlib. Deməli o, " Kan Fu tayfaları" adlı filmin 5-ci epizodunu izləyərkən düz 25 dəqiqə dayanmadan gülmüşdü. Şiddətli gülməkdən vəfat edən mərhumun həyat yoldaşı, ərinin son dəqiqələrinin bu cür şən keçməsinə görə həmin şirkətə öz minnətdarlığını bildirmişdir.

Mən artıq gələcəkdə gülməkdən ölmək istəyən insanların sayının çoxalacağına belə inanıram. Hal–hazırda bu kimi halların sayı 7-ni keçib. Gələcəkdə ola bilsin, bu metoda artıq insanlar adi yanaşacaqlar.

Gülməklə özünə qəsd etmək? Niyə də yox?
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 3 146
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri