Evlilik təklifi üçün dünyanın ən romantik 5 şəhəri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 981
Səs ver:
(səs: 1)
Qadınlar.biz evlilik təklifi üçün dünyanın ən romantik hesab edilən şəhərlərini təqdim edir:
 
Paris. Romantika dedikdə ağla ilk gələn şəhərdir. Yaraşıqlı aktyor Tom Cruz Katiyə Eyfel qülləsinin başında evlənmək təklifi etmişdi.
 
 

 

 
 

Amsterdam.  Əyləncə və adrenalin axtarırsınızsa, evlilik təklifini Amsterdamın bir-birindən rəngli küçələrində, kafelərində edə bilərsiniz. Çılğın evlilik təklifləri üçün ən ideal yerdir.
 
 

 

 
 

 Praqa. Üşüməkdən qorxmursunuzsa, möhtəşəm körpülərin üzərində gəzin, hətta evlilik təklifinizi liman kənarındakı restoranların birində, inanılmaz dərəcədə gözəl mənzərə qarşısında edin. Səhəri gün şokolad müzeyinə gedin. Gözünüzün önündə hazırlanan isti şokoladların dadına baxın…
 
 

 

 

 Roma. İntibah dövründən qalma bir papaqla Spaqna nərdivanlarında diz çöküb evlənmək təklifi etdikdən sonra on illərdir ki, dünyanın ən dadlı tiramisusu hazırlanan ən yaxşı kafeyə gedin.
 
 

 

 
 
Barselona.  İspan küçələrində istədiyiniz qədər əylənib, deyib-gülüb, rəqs edə bilərsiniz. Daha sonra ispanlara xas olan cəsur bir əda ilə həyatınızın qadınına evlilik təklifi edə  bilərsiniz.
 

 

 
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 981
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri