İnsan qəlbinin gözəllikləri... Valideyn sevgisi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 064
Səs ver:
(səs: 0)
Ailə cəmiyyətin kiçik formasıdır. O, nə qədər möhkəm olsa, onun üzvləri arasında bir-birlərinə qarşı sevgi, sayqı, qayğı nə qədər çox olsa, cəmiyyət də bir o qədər güclü və xoşbəxt olar.
Əcdadlarımızın əxlaqında valideynə münasibət.
Xalqımızdakı valideyn sevgisinin, valideynə hörmət və sayqının kökləri çox-çox qədimlərə dayanır. Əcdadlarımız valideyn sevgisinə və onlara itaətə böyük əhəmiyyət verirdilər. Tarixən valideynə sevgi, hörmət göstərməyən, onların bir sözünü iki edən övlad cəmiyyət içərisində heç bir hörmət görməzmiş. Əsrlər boyunca bu tərbiyə nəsildən-nəslə verilmiş, hər bir ailədə başlıca yer tutmuşdur. Başqa cür ola da bilməzdi, valideynin haqqını bilməyən insan nə Vətəninin, nə torpağının, nə qohum-qardaşının, nə də dost-tanışının qədrini bilməz.
Valideynə bu münasibət onların sahib olduqları əxlaqdan qaynaqlanırdı, bu əxlaq isə öyrədir ki, valideynə itaət etmək, onların qulluğunda durmaq Allaha şərik qoşmamaq, ona itaət etmək qədər əhəmiyyətlidir.
İslam əxlaqına görə övladın valideyn qarşısında vəzifələri.
Ata-analarımız bizim üçün çox müqəddəs insanlardır. Doğulduğumuz andan etibarən onlar bütün maddı və mənəvi ehtiyaclarımızı əvəzsiz olaraq, həyatları bahasına belə olsa yerinə yetirmək üçün var güclərini sərf edirlər. Bəzən özləri yeməyib bizi yedirən, özləri geyinməyib bizi geyindirən, azacıq xəstələndikdə belə başımız üstə dayanıb səhərə qədər bizə keşik çəkən, rahatlığını, ömrünü-gününü bizə sərf edən yalnız onlardır.
Valideynləri övladlarına göstərdikləri həssaslıq və mərhəmət, o cümlədən də yaşından asılı olmayaraq, hər kəsin valideynlərə olan ehtiyacı şifahi xalq ədəbiyytaından başlamış böyük romanlara, teatr, kino, rəsm, musiqi əsərlərinədək hər yerdə və hər şeydə öz əksini tapmış, dillərdə dastan olmuşdur.
Valideynlərə itaət və hörmət Allaha imandan sonra ən mühüm vəzifələrimizdəndir. Biz bir övlad olaraq onlara qarşı vəzifələrimizi layiqincə yerinə yetirməli, hər zaman könüllərini xoş etməyə çalışmalı, onların zəhmətini yüngülləşdirməyə, bütün ehtiyaclarını yerinə yetirməyə, əvəzində isə onların xeyir-dualarını almağa çalışmalıyıq. Əxlaqımızın qaynağı olan Qurani-Kərimdə Allah insanları xəbərdar edərək deyir ki, əgər valideynlərinizdən biri və ya hər ikisi sizin yanınızda qocalıb ixtiyarlayarsa, onların qulluğunda durun, istəklərini yerinə yetirin. Onlardan bezib bircə dəfə "of!" desəniz, onlar üçün etdikləriniz nə varsa, hamısı zay olub gedəcəkdir. Hər ikisini xoş dindir, onlara mərhəmət göstər və "Rəbbim! Kiçikliyimdə onlar məni necə böyütmüşlərsə, Sən də onlara rəhm et!" - deyə dua et.
Mənəviyyatımız ata-ananın üzünə ağ olmağı, onların qulluğunda durmamağı böyük günahlarla bir sıraya qoyur.
Bir gün birisi Peyğəmbərimizdən soruşur:
- Ey Allahın Rəsulu! İnsanlar arasında ən xoş davranılası adam kimdir?
- Anan - deyə Rəsulullah cavab verir.
- Bəs sonra kimdir? - deyə həmin adam yenə sual verir.
Anan, - deyə Peyğəmbərimiz bu dəfə də eyni cavabı verir.
- Daha sonra?
- Yenə anan.
- Ondan sonra kim gəlir? - deyə həmin şəxs yenə sual verdikdə bu dəfə bu cavabı alır:
- Atan!
Peyğəmbərimizin bu cavabı mənəviyyatımızın anaya, valideynlərə verdiyi dəyəri göstərir. Nə üçün mənəviyyatımız valideynə bu qədər böyük əhəmiyyət verir?
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 064
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri