Selfie şəkillərində incə görünməyin qaydaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 17
Baxılıb: 4 359
Səs ver:
(səs: 7)
Gözəl bir bədənə sahib şəxslərin Instagram'da paylaşdığı möhtəşəm selfie'ləri qısqanmırıq deyə bilmərik. "Bir növ, onlar kimi fit və gözəl görünə bilmirəm" deyə şikayətlər edirsinizsə, bu xəbərdəki məsləhətlər dəqiq sizə görədir! Fotoşəkillərdə qüsursuz görünmək üçün 4 möcüzəli təklifimiz var.
Bu təkliflərlə selfie şəkillərinizdə qüsursuz görünəcəksiniz. Məhz Instagram selfie fotoşəkillərində incə görünməyin qaydaları ...

Sizi olduğunuzdan daha yaxşı göstərən paltarlar geyinin.
Selfie çəkməzdən əvvəl geyinəcəyiniz paltarları diqqətlə seçin. Sizi daha incə göstərəcək tünd rəngli bikini və ya şortlar geyinə bilərsiniz. Tünd rənglər bədəninizi daha düz və incə göstərəcək.

Dik durun.
Şəkil çəkərkən çiyinlərinizi salmaq və əyilmək əvəzinə daha dik durun. Çiyinlərinizi geriyə doğru saxlayın və başınızı yüngülcə qaldıraraq şəkil çəkin. Boydan çəkdiyiniz şəkillərdə isə qıçlarınızı yüngülcə açın və əlinizi ayağınıza qoyun. Bədəninizin olduğundan daha gəşəng göründüyünə inana bilməyəcəksiniz.

Bir addım geridə durun.
Ayna qarşısında selfie şəkil çəkərkən kameradan bir addım daha geridə durun. Kameranı bədəninizə yaxınlaşdırdıkca daha kök görünərsiniz.

Saçlarınızı açın.
Saçlarınızı yığmaq yerinə dağınıq buraxın. Son olaraq yüngül bir makiyaj edin.

Möhtəşəm bir selfie'yə hazırsınız!
(səs: 7)
Şərhlər: 17
Baxılıb: 4 359
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri