Positive times (1)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 1 910
Səs ver:
(səs: 2)
Məhlə-Məhləyə futbol oynayanda "ala gözləyin xala keçsin sonra" deyən ağıllı, tərbiyəli uşaqlar idik..Bizdən kimsəyə zərər gəlməzdi...

Dərs oxumağin ən gözəl saatları:
25:00
26:00
27:00
28:00

Zaryatkani 1% gördüyümdə, adaptora qaçanda özümü ağır xəstəni təcili yardıma çatdırmağa çalışan həkim kimi hiss edirəm...

Bunlar Azərbaycan toylarının adət ənənələridir 
- Toy başlayanda əvvəlcə özümüzü kulturnu sonra isə sadəcə vəhşicəsinə aparırıq 
- Toyda kloun gələndə uşaqlardan çox kişilər sevinir ki, indi bu mırt tutacaq 
- Toyda, göydən tökülən şarların tökülməyi ilə partlamağı arasındakı sürət işıq sürəti adlanır
- Bəy və gəlinlə şəkil çəkdirməmək günahdır 
- Toyda, Zakas üstündə dava etməsək axşam yata bilmərik 
- Diskotekalar yalnız "Nurcanım" mahnısından ibarətdir 
Biz bunları yaşadıb gələcək nəsillərə ötürməliyik.

Bir Türk oğlan olur bir Azəri qızına deyir ki, səni sandığındanda çox sevirəm.
Qız deyir:
Mən başa düşmürəm sənə kim deyibki mənim sandığım var?

Peraşkidən qalmadı deyən qaqaş: Qalmayıbsa niyə qışqırırsan?

Salam papa ursətdən özümə Volqa gətirmişəm...
Camaatın uşağı Olqa gətirireee ayee...)))

Əslində mən dərsin ortasında danışmıram,
müəllim mənim danışığımın ortasında dərs
başa salır :))))


Xaricdə maraqlı hadisə olarsa adamlar..
- Really? 
Yes,yes Really
Azərbaycanda :
- Doğurdan ala?
Hə Ətağa
- Yalançının?
Bilməyib danışanın da
- lap elə !


" Eşşək boyda "
" Eşşək qədər "
" Eşşək kimi "
Eşşəkdən ölçü vahidi kimi istifade eden yegane milletik :)))


Azerbaycan oğlanlarının qısqanc olmasının səbəbi Azərbaycan qızlarnın dünya gözəli olmasıdır)


Yapon olmağın faydaları :
-Arıqlamaq üçün pul xərcləmək yerinə, sumo güləşçisi olub pul qazana bilərsiz.
-İnternet su qiymətinədi.
-Dövlət idarəçilərinin kreslolarından ayrılmalari üçün ölməklərini gözləməzsiz.

İngilis olmağın faydaları :
-"Premyer Liga" oyunlarına canlı stadiondan baxa bilərsiniz.
-İngilis dilini ana diliniz kimi danışarsınız.

Amerikalı olmağın faydaları :
-Ölkəniz dünyaya müharibə elan edib, amma sizə zərər gəlməz.
-NBA(basketbol)­ oyunlarına baxmaq üçün səhər tezdən durmağınıza ehtiyyac yoxdu.
-Hər binadakı 10 nəfərdən 5-i dünyanı xilas edəcək gücdədi.

Çinli olmağın faydaları :
-Uşağınıza ad fikirləşməyə məcbur deyilsiniz. Dağdan aşağı qazan atıb ad qoya bilərsiniz. Danq dinq donq kimi.
-Uzağı dəqiq görmək üçün gözlərinizi qıymağa ehtiyyac yoxdu.
-Müharibə olsa uduzmaq ehtimalı yoxdu.

Fransız olmağın faydaları :
-İngiliscə bildiyiniz üçün yox, bilmədiyiniz üçün hava atarsınız (çünki fransiz dili də beynəlxalq dildir).
-Fransızca söyüş belə söysəniz şeir dediyinizi zənn edərlər.

İtalyan olmağın faydaları :
-Hamının daydayı var. Xüsusilə Siciliyalıların­.
-Az qala VAZ 2107 qiymətinə Ferrari ala bilərsiniz.

Azərbaycanlı olmağın faydaları :
-2050-ci ildə dünyanın tək hakimi ola bilərsiniz (çünki o vaxtı hamı kosmosa, digər planetlərə gedəcək yaşamağa, dünya bizə qalacaq).
-Avtobusdan düşmək üçün dayanacağa çatmağını gözləməyə məcbur deyilsiniz. İstədiyiniz yerdə dayandırıb düşə bilərsiniz.
-Metroda qapı bağlananda əllə saxlayıb içəri girə bilərsiniz.
-Mağazadan mal alanda satış qiymətinə yox, "aşağı yeri"nə malı götürə bilərsiniz.
-Bu yazını oxuyandan sonra "heyif deyil öz millətim" deyib azərbaycanlı olduğunuzla fəxr edə bilərsiniz.. :))
(səs: 2)
Şərhlər: 0
Baxılıb: 1 910
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri