Xoşbəxtliyim

Müəllif: acisko
Şərhlər: 8
Baxılıb: 4 127
Səs ver:
(səs: 1)
Mənim xoşbəxtliyim həyata münasibətimdən asılıdır. Mən ağlımın dərk etdiyi qədər xoşbəxtəm.
Yalnız yaxşı şeylər düşünürəm ki, hər şeyin yaxşısına nail ola bilim.
Xoşbxətlk istənilən an və istənilən yerdə edə biləcəyim seçimdir. Hər zaman belə düşünmək lazımdır. Hər bir yerdə və hər bir şeydə hadisələrin yalnız müsbət tərəfini axtarmaq lazımdır.
Məni xoşbəxt və ya bədbəxt edən yalnız mənim düşüncələrimdir, əhatə olunduğum xarici mühit yox. Düşüncələrimi müsbət istiqamətə yönləndirməklə mən öz xoşbəxtliyimi yaradıram.
Deyirlər ki, inasn özü haqında düşündüyü kimidir. Əgər mən özümdən razı deyiləmsə, demək ki, həyatımdan da razı deyiləm. Xoşbəxtliyi tapmaq üçün özünü qiymətləndirməyi bacarmaq lazımdır.
Bağışlama bacarığı həqiqi xoşbəxtlik qapısının açarıdır. Ürəkdə azacıq da olsa kin və inciklik varsa xoşbəxt olmaq mümkün olmayacaqdır. Sadəcə bilmək lazımdır ki, incikliklərim məndən başqa heç kəsə əzab vermir. Səhflər və uğursuzluqlardan dərs çıxararaq başqalarını bağışlamağı öyrəndim, özümü bağışlamağı öyəndim.
Xoşbəxtlik qısacıq anlarda gizlidir. Xatirələr bu qısacıq anlardan ibarətdir. Mümkün qədər çox xoşbəxt anları xatırlamağa çaışıram.
Yalnız bir şeyi yadımda saxlayıram: hər yeni gün yeni həyatın başlnğıcıdır.
 
Xoşbəxtlik üçün sabah yoxdur: onun dünəni də yoxdur. Xoşbəxtlik keçmişi xatırlamır, gələcəyi düşünmür. Xoşbəxtliyin indisi var- o da bir gün deyil, bir andır.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 4 127
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri