Olmasaydı dünyada sarsaqlar, yəqin ki, ac qalardı yaltaqlar!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 16 293
Səs ver:
(səs: 3)

http://imgs.su/tmp/1321255464-656.jpg


Canlı həyat faktları yaltaq,ikiüzlü adamların bəzi hallarda müvəqqəti də olsa həqiqətən müvəffəqiyyətlər qazandığını göstərir. Lakin yenə məhz həmin həyat faktları göstərir ki, əvvəla belə müvəffəqiyyətlər çox az davam edir. Çünki el arasında deyildiyi kimi, yaltaq, ikiüzlü adamlar hamını özlərindən razı salmağa çalışsalar da, əslində heç kimi özlərindən razı sala bilmirlər, bəzən hətta özlərinə qarşı açıqca nifrət doğururlar. Yaltaq və ikiüzlü adamlar həyatda xoşa gəlmək, vəzifəli şəxsin rəğbətini qazanmaq üçün çox manevr etməli, müxtəlif donlara girməli, bəzən də aşkar sürətdə alçaq vasitələrə əl atmalı olurlar ki, bu da öz növbəsində çoxlu hədər vaxt, enerji və əsəb itkisinə səbəb olur.

Necə deyərlər bunun zərəri qazancından çox olur. Yaltaq və ikiüzlü adamlar bir qayda olaraq həmişə öz fikir və əqidələrini gizlətməli olurlar. Əqidə və fikri daim gizlətmək cəhdi isə insanı psixi cəhətdən yorur, mübarizəni xaricə deyil, daxilə çevirir, həyatı maraqsız, üzücü, yorucu və mənasız edir. Belə adamlar bir qayda olaraq öz qüvvələrinə və imkanlarına deyil, başqasının mərhəmət və rəğbətinə güvənirlər. İnsan üçün ən vacib olan müstəqilliyi əllərindən alır, daxili səfərbərlikdən məhrum edir. Başqasının mərhəmət və rəğbəti isə heç vaxt insana etibarlı dayaq ola bilməz.

Bütün bunlar göstərir ki, yaltaqlığı və ikiüzlülüyü fərasət, zirəklik kimi düşünmək son dərəcə yalnış və zərərlidir, insan şəxsiyyətini alçaltmaq deməkdir. Ömür boyu həyatla oynamaq, hətta özünə qarşı da səmimi olmamaq insan həyatını tam mənasız edir. Çünki, daim ikiüzlülük edən, həyatda həmişə artist kimi çıxış edib heç vaxt öz rolunu oynamayan, yad rolunda çıxış edən, həmişə səmimiyyətdən uzaq olan adam əslində öz ömrünü yaşamır, onun ömrü saxta olur.

P.S.: Olmasaydı dünyada sarsaqlar, yəqin ki, ac qalardı yaltaqlar!
(Mirzə Ələkbər Sabir)

 

(səs: 3)
Şərhlər: 1
Baxılıb: 16 293
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri