Sürpriz...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 273
Səs ver:
(səs: 2)
Sürpriz bilmədiyin bir yerə birdən gəlməkdir, ya da çıxıb getməkdir bir gecə vaxtı, heç bir şey söyləmədən və heç bir marşrutu təyin etmədən...

Sürpriz qaranlıq gecədə qaranlıq, boş otağının işıqlanmasıdır. İllərin qaranlığının, işıqlığa təslim olmasıdır...

Sürpriz hava raketlərini seyr edərkən bir tək ulduza belə həsrət qalmaqdır...

Sürpriz "səni sevirəm" deməkdir. Günəş batarkən, baxışların ürəyi isitməsidir. Payız yarpaqlarının, sevgi damlaları ilə islanmasıdır...

Sürpriz ağlaya bilməkdir, ya da təbəssüm edə bilmək. Sürpriz ruhunu azad buraxmaqdır...

Sürpriz heç bir şeyə hazırlıqlı olamamaqdır, ya da hər şeyə hazır olmaq...

Sürpriz qeydsiz, şərtsiz var olana və böyük olana itaət etməkdir...

Sürpriz yeni doğulmuş körpənin qoxusudur... Sürpriz o körpənin qız və ya oğlan olmasıdır...

Sürpriz körpənin anasını sevməsidir, onu axtarmasıdır...

Sürpriz yaşlanmaqdır. Zamanın üzdəki xəttləri dərinləşdirməsidir. Yellənən kresloda, pəncərə qarşısında əbədiyyəti gözləməkdir...

Sürpriz zamana meydan oxuya bilməməkdir...

Sürpriz məzara bir addım daha yaxınlaşmaqdır. Hər nəfəsdə bir addım daha atmaqdır...

Sürpriz tək qalmaqdır. Sürpriz çoxalmaqdır. Sürpriz gözləməkdir...

Sürpriz gözlətməkdir. Sürpriz çiçək toplamaqdır. Sürpriz ağac əkməkdir...

Sürpriz hər günə "salam" deməkdir. Sürpriz günəşin batmasını seyr etməkdir...

Sürpriz ulduzları saymaqdır. Sürpriz hər çıxan ulduzda eyni dilək tutmaqdır...

Sürpriz həyatın digər adıdır!...
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 3 273
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri