Yorulmuşam!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 13 084
Səs ver:
(səs: 3)
Yorulmuşam!
Hər şeydən, Her kəs qədər.

Yorulmuşam!
Göz yaşlarımı silərək gələn zənglərə cavab verməkdən.

Yorulmuşam!
Ürəyimin həzin göz yaşlarından sinəmdə göl yaradərkən, o göldə özümü boğmaqdan.

Yorulmuşam!
Səssiz bağıran ahu-zarımın quyusunda itməkdən.

Yorulmuşam!
Hisslərimi bir musiqiyə kökləyib yol ilə görünməz adam kimi gəzməkdən.

Yorulmuşam!
Ədalətsizcə hökm çıxarıb günahsızların əzaba dücar edilməsine göz yumulmasını görməkdən.

Yorulmuşam!
Bu dünyada şeytanın donunun altında özlərinə dünya quranlardan.

Yorulmuşam qayğısızlıqdan!
Öz körpəsini hansısa alçaq maraqlar ucbatından atan dırnaqarası ana cildində ortaliqlarda gəzənlərdən.

Yorulmuşam!
İki üzlü yox artıq minlərcə üzü olan, yalnız öz mənfəəti uğrunda kimlərisə satan, kimərəsə atan insan topluluğu ilə tanışlığa məruz qalmaqdan.

Yorulmuşam!
Hansısa məhşurluq, şan-şöhrət dalğasında batanların göstərişli geyimləri üçün dilsiz-agızsız heyvanların əzazilcə öldürülməsindən.

Yorulmuşam!
Bu dünyada özlərini hansısa yerlərin qurucusu, hakim təyin edənlərin arasındakı nifaqlar üzündən müharibələrdə öldürülən günahsız insanların qanının yerlərdən sadəcə bir miqdar su ilə yuylmasından.

Yorulmuşam!
Bu fani və müvəqqəti dünyanın sonsuz olduğuna özünü inandıran, sonsuz və ölumüz olmanın yollarını axtaran şeytana tabe olmuşların ölümün pəncəsindən (özlərinə aid olmayan) canlarını qurtarmaq üçün öncəlik hazırlıqlarının görülməsindən. Bu dünyada yeganə güc və qüvvət sahibi "ALLAHIN" varlığından xəbərsiz yaşamını sürdürənlərdən.
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 13 084
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri