Dünyanın ən məşhur sevgi dastanları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 9 352
Səs ver:
(səs: 1)
http://imgs.su/tmp/1321358433-656.jpg

Leyli və Məcnun, Fərhad və Şirin, Əsli və Kərəm, Romeo və Cülyetta...

Onlar sevginin simvollarına çevriliblər. Bu yazıda dünya tarixində ən məşhur sevgi hekayətlərindən danışırıq. Onlar real şəxsiyyətlər olublar. Seviblər, sevgilər kitablara düşüb, dastana çevrilib.

Dünyanın ən məşhur sevgi dastanları:

Əsl Romeo və Culyetta- Mark Antoni və Kleopatra
(eramızdan əvvəl, Roma və Misir)

Məhəbbətləri o qədər güclü olub ki, onları ayırmaq üçün müharibə başlayıb. Mark Antoni Kleopatraya olan sevgisi ucbatından arvadı Oktaviadan ayrıldığına görə, Oktavianın qardaşı Oktavian onları yox etmək üçün Roma ordusunu Misirə gətirmişdi. Amma onlar ayrılmaqdansa, ölümü üstün tutdular: real Romeo və Culyetta məhəbbəti.

Napoleonsayağı eşq – Napoleon və Jozefina
(XIX əsr, Fransa)

Napoleon gözəl Jozefinaya ilk baxışdan vurulur, amma sevgisini etiraf etmək üçün illərlə gözləməli olur. Evləndikdən sonra xəyanət və faciə ilə dolu şiddətli bir məhəbbət yaşayırlar. Jozefina varis dünyaya gətirə bilmədiyinə görə, Napoleon onu tərk edib başqa qadınla evləndi. Jozefina öldü. Amma Napoleon onu unuda bilmədi.

Hərbi sevgi – Xuan və Yeva Peron
(1940-cı illər, Argentina)


Əvvəllər hərbçi olmuş Argentina prezidenti Xuan Dominqo ilə Yevanın məhəbbəti xalqda rəğbət hissi oyatmışdı. Əvvəl kasıb bir həyat yaşayan Yeva Xuanla tanış olduqdan sonra onun ağlını başıdan çıxarmağı bacarmışdı. Həm də Yeva Xuandan iki dəfə yaşca balacaydı. Bu sevgi hekayəti Yevanın xərçəngdən ölməsi ilə bitir.


Sevgisinə görə tacından imtina edən kral – Şahzadə Edvard və Uollis Simpson
(XX əsrin 30-cu illəri, İngiltərə)


Şahzadə Edvard Uollis Simpsona aşiq olandan sonra İngiltərə monarxiyası üçün son dərəcə vacib dəyişikliklər etdi. Uollis amerikalı idi. Özü də evli idi. 1934-cü ildə Uollis ərindən ayrıldı və şahzadə ilə şiddətli bir məhəbbət yaşadılar. Edvard 1936-cı ildə İngiltərə kralı oldu. Amma krallığın qanunlarına görə, Uollislə evlənə bilməzdi. Buna görə o öz tacından imtina etdi və Uollislə evləndi.


Filosofun sevgisi- Volter və Emili
(XVIII əsr, Fransa)


Filosof Volter Fransa kral ailəsi tərəfindən çox sevilirdi. Emili də gənc, ağıllı bir qadın idi. O, markiz de Şateletlə evli idi, amma Volter kimi el-aləmin nə düşündüyü onu maraqlandırmırdı. Emili Volterə qoşulub başqa ölkəyə qaçdılar. Onları təkcə ürəkləri yox, həm də zəkaları birləşdirirdi. Amma Volter yaşlandıqdan sonra Emilini onu tərk etdi. Gənc bir oğlana qoşulub qaçdı.


Edam edilən məhəbbət - çar Nikolay və Aleksandra Fyederovna
(XIX əsrin sonu – XX əsrin əvvəlləri)


Nikolay – Rusiyanın gələcək Sezarı – gözəl alman şahzadəsi Aleksandraya aşiq olur. Hər iki tərəfin ailəsi bu sevdaya qarşı çıxırlar. Amma onlar məhəbbətlərini gizlətmirlər və birlikdə yaşamağa başlayırlar. Rusiyada bolşeviklər qalib gəldikdən sonra Aleksandra və Nikolay birlikdə edam edildilər.


Teatral məhəbbət – Riçard Burton və Elizabet Teylor
(1960-cı illər, ABŞ)


Riçard Burton və Elizabet Teylor Antoni ilə Kleopatradan bəhs edən film də daxil olmaqla bir çox əsərdə birlikdə oynayıblar. Və bir-birlərinə qarşı hiss etdikləri sevgiyə, ehtirasa dayana bilməyib evli olduqlarına baxmayaraq eşq yaşamağa başladılar. Sonra evləndilər. Amma şiddətli məhəbəttə tez söndü və boşandılar… Amma üstündən 16 ay keçdikdən sonra bir-birləriylə yenidən evləndilər.

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 9 352
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri