Küsülülük üç otaqdan ibarət olsa

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 035
Səs ver:
(səs: 1)

alt



Küsülülük üç otaqdan ibarət olsa...

İnciyənlər...

İncidənlər...

Barışmaq istəyənlər....

Hansına daxil olardınız?


Mən....Əvvəl düşündüm inciyənlərdə olaram.Çünki hamıdan incidim...küsdüm...Məni anlamadılar...Anlayan da oldu.Amma səhv anladılar...Bezdim,ürək azadlığı, seçim azadlığı istədim..Dedim mən bu otağa daxil olub,orada yaşayacağam.

Amma vicdanım qoymadı.Bir -birinin ardıyca səhvlərimi mənə xatırladan suallar verdi.Hər bir verilən sualdan sonra tutulub qalırdım.Mənmi etdim bunları?

Sən heç kəsi incitmədinmi?

Sən heç kəsi küsdürmədinmi?

Yoxsa hamı bir tək səni görür?Hamını bir tək problemi var səni küsdürüb incitsinmi?

Yadına sal,seçim azadlığı dediyində, heç başqasını düşündünmü?Heç bir dəfə də olsun özünü o insanın yerində qoydunmu? Sən əslində sanki ürəyini dinləyib hərəkət edən, əslində ürəksiz birisən.

Mən beləyəmmi...?Düşdüm və ayaq saxladım...Dedim yəqin ikinci otağa daxil olacağam.

Amma,ümidim məni saxladı...Barışmaq istəməzsənmi?Bax insanlardan qaçaraq həm onları incitdin, həm özünü...Sən ürəyinin sakitliyini istəməzsənmi.
Hər dəfəsində ürəyin ağrayacaq,düşünclərin səni rahat buraxayacaq,etdiyin hərəkətlər səni izləyəcək...Barışmaq istəməzsənmi?Gəl,sonuncu otağa daxil ol.Heç nəyi dəyişə bilməsəndə,ürəyin rahat olacaq.Barışdım deyə...

Amma mən üçüncü otağa daxil ola bilmərəm.Çünki o insanlar artıq birinci "İnciyənlər" otağına daxil olmuşlar...Heç bir otağa daxil olmadım...Sadəcə "Mən belə olsun istəməzdim" deyib çıxıb getdim həyatlarından...

 

alt

 

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 3 035
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri