Hörmət nədir?

Müəllif: Ayşə_gül
Şərhlər: 8
Baxılıb: 4 421
Səs ver:
(səs: 0)
Mədəniyyət anlayışı hər kəs üçün fərqli anlam kəsb edir. Mədəniyyət ilk öncə ailədən başlanır, daha sonra oxuduğumuz təhsil ocaqlarında daha da təkmilləşir.

Həyat təcrübəsi mədəniyyət sözünü bizim üçün daha da formalaşdırır, onun nə qədər dərin mənalı söz olduğunu bizə dərk etdirir. Bunu isə biz ailədə, yaxınlarımızın ətrafında, hər hansı bir tədbirdə, bir sözlə ictimaiyyət içərisində sübut edə bilirik. Bunu isə biz hərəkətlərlə göstərə bilərik. Kimi də mədəniyyət yüksək inkişaf edib, kimi də orta səviyyədə, kimi də isə demək olar ki, mədəniyyət sözündən tam uzaqdır.

Hörmət etmək, hörmətə layiq görülmək, hörmət qazanmaq mədəniyyətin bir göstəricisidir, simvolu saymaq olar. Mədəniyyət kimi hörmət də hər kəs üçün fərqlidir. Kimisi üçün hörmət qazanmaq asan, onu itirmək çətindir, kimisi üçün hörməti qazanmaq çətin, itirmək isə bir o qədər asandır. Kimisi üçün hörmət əməldə, hərəkətdə, davranışda göstərilməlidir. Mən də elə bu fikirlə razıyam. Hörmət qarşındakına olan bir növ sevgidir, nəzakətdir.
Qarşındakını dinləməyi bacarırsansa, onun sözünü kəsmirsənsə, evdə, ictimai nəqliyyat vasitələrində özündən yaşca böyüyə, hamilə qadınlara, qüsurlu insanlara, qucağında körpəsi olan insana yol verirsənsə və s. bunlar hörmət kimi qəbul edilir. Bu da onu göstərir ki, özümüzdən böyüklərə, yaşlılara, yeri gələndə özümüzdən kiçiklərə və uşaqlara hörmət etmək lazımdır. Dinindən, irsindən, millətindən asılı olmayaraq.

Hər kəs ilk öncə deyir ki, qarşımdakı mənə hörmət etməlidir. Bu bir növ tələb, əmr kimi səslənir. Axı ilk öncə insan özü hörmət etməyi bacarmalıdır ki, qarşındakı da bunu görüb eyni münasibəti sənə bəsləsin. Hər bir münasibət qarşılıqlı olduğu kimi hörmət də qarşılıqlıdır.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 4 421
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri