Arıqlayarkən üzümüzün çokməsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 506
Səs ver:
(səs: 1)

 

http://imgs.su/tmp/2012-01-30/1327909414-872.jpg

 

 

Bu vəziyyəti aradan qaldırmaq üçün bir sıra tövsiyyələr irəli sürülmüşdür.

 

Arıqlayarkən niyə ilk əvvəl üzümüz çökür?

 

Üz daxili və xarici faktorların təsiri ilə yaşlanır. Üz yaşlanmasında xalq arasında "çökmə" olaraq adlandırılan növ, dəri altında toplanan kütlənin sürətli şəkildə itirilməsinə deyilir. Dəri altı kütləni yağ, əzələ və skelet təşkil edir. Yalnış pəhrizlərlə üzün yağ təbəqəsinin itkisi və skelet sistemindəki ərimələr ilə üzdəki yaşlanmalar tezləşir. Bu vəziyyət zəifləmə çökməsi kimi hallanır. Xüsusilə də yanaqların sallanması ilə buldoq adı verilən üz görüntüsü xaricində, gözlərdə içəri çökmələr, qaşlarda enmələr, ağız kənarının yığılması və s. müşahidə olunur. Həmin insanın daha sağlıqlı və incə bədənə sahib olmasına baxmayaraq, üzü qəmgin və yorğun görünür.

 

35 yaş yuxarı insanlar-DİQQƏT:

 

Xüsusilə də 35 yaşı keçmiş insanlarda sürətli və yüksək miqdarda kilo itirmə halına rast gəlinərsə, üzün yaşlanması daha da tezləşər. Sürətli kilo itkiləri zamanı üzdən başqa bədənin digər bölgələri- ən başlıcası qol, döşlər, ayaqların daxili hissələri və baldırlarda sallanmalar müşahidə olunur. Ancaq üz ilk görünən nahiyyə olduğundan xüsusi diqqətə ehtiyacı vardır.

 

Üz çökməsində risk yaradan hallar:

 

Xüsusilə günəş fəsadlarının çox olduğunun işarəsi sayılan dəri ləkələri kimi problemləri olan zərif dərili insanlar, sürətli kilo itkisindən əziyyət çəkir. Kişilər isə qalın dəri quruluşu və güclü sümük örtüyü səbəbilə bu vəziyyətdən elə də şikayət etməzlər.

 

Günəş fəsadlarına DİQQƏT:

 

Qeyri-ixtiyari və sürətli kilo itkisinin nəticəsi üzün pozulması olmamalıdır. İdman bu prosesə müsbət təsir göstərə bilər. Bu müddətdə günəş şüalarından qorunmaq şərtdir. Həcm itirən üzdə günəşin təsiri boşalmanı sürətləndirir. Günəş fəsadı çox olan dəridə kollogenlər lazımi qədər sağlıqlı olmadığından, içərisi boşalmış dərinin müvazinətini qoruya bilmir.

 

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 506
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri