Gözəl gözlü qadınlar şallaqlanacaqlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 222
Səs ver:
(səs: 0)

http://imgs.su/tmp/1321708848-656.jpg


Səudiyyə Ərəbistanı Krallığındakı gözəl xanımları yeni məhdudiyyət və qadağa gözləyir.

Gözəl gözlü xanımlar bundan sonra kişilərin üzünə baxmamalı, simalarını gizlətməli, çadradan boylanmamalıdırlar.

"Əl Ərəbiyyə"yə istinadən bildirir ki, Səudiyyə Ərəbistanının Himmətlə Halallığın Təbliğatı və Günahlarla Mübarizə Komissiyasının qərarına görə, gözəl gözlü xanımlar kişiləri yoldan çıxarırlar.
Komissiyanın mətbuat katibi şeyx əl Motləb Nabetin dediyinə görə, belə qadınlar ictimai yerlərdə mütləq şəkildə "əbayə"də, yəni ənənəvi səudi çadrasında peyda olmalıdırlar.

"Gözləri gözəl olan, amma əbayədə olmayaraq sifətlərini örtməyən qadınlar cərimələnəcəklər. Belə qadın hərəkətini təkrarlayarsa, şallaqlanacaq", - şeyx Nabet bildirib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanında "qadınlara çox böyük sayğı var": "Məhz buna görə həşəmətli kral 2015-ci ildə qadınlara seçkilərə qatılaraq səs vermək hüququnu təqdim etmək niyyətindədir"

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 222
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri