Unudulmayan sözlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 13 432
Səs ver:
(səs: 2)
~Heç bir susuzluq məhəbbət qədər yandıra bilməz.

~Bütün dünya üçün sən sadəcə bir insan ola bilərsən, amma kiminçünsə sən bütün dünyasan.

~Ağıllı insan düşündüyü hər şeyi söyləməz, söylədiyi hər şeyi düşünər.

~Boş zaman yoxdur, boş keçən zaman var.

~Xəyallar və gerçəklər yarışar. Xəyallar həmişə öndə gedər, amma hər zaman gerçəklər qazanar.

~Böyük insanlar hadisələri, dahi insanlar isə nəticələri düşünür.
 
~Əgər getdiyiniz yolda əngəl yoxdursa, o yol sizi uğura apara bilməz.

~Göz yaşları acının səssiz sözləridir.

~İnsan gülər bəzən, sevər bəzən, dözər bəzən
Bu bəzənlər üzər bəzən, ölər bəzən, susar bəzən.
 
~Səni başa düşməyən insanın səninlə olması həqiqi yalnızlıqdır.
 
~Kifayət qədər xoşbəxt görünürsüz. "Görünmək” və "olmaq” eyni şey deyil.

~Ən güclü iki döyşçü var: biri zaman, digəri səbr.

~Mən əminəm ki, biz həyata əylənmək üçün deyil, öyrənmək üçün gəlmişik.

~İnsan nə edərsə, özünə edər...

Amma soruşanda günahkarı
Ya həyatdır, ya da Qismət....!
(səs: 2)
Şərhlər: 13
Baxılıb: 13 432
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri