Kiçik cümlələrlə dərin mənalar...

Müəllif: my_angel
Şərhlər: 6
Baxılıb: 2 440
Səs ver:
(səs: 0)
Xəyallarımı arzulayaraq yaşamaq, səndən nifrət edirəm deyərkən səni sevmək,
var olmayan ömürümün hamısını sənə həsr etmək, 
sonra sənə söykənib səni arzulamaq və sevmək istərdim... ürəyindəkilərin sonunu bilmədən... Sadəcə sevmək... 

Üşüyürdüm..Sarılacaq bir şeylər axtararkən bugünlərdə səni tapdım..
Toxundum..Yanırdın əlimi çəkmək məcburiyyətində qaldım..Sənə toxunsam yanaram..
Əlimi çəksəm donaram ..İndi düşünürəm səninlə olub yanmaqmı çətin..
Yoxsa Sənsiz qalıb donmaqmı ?

Bəzi insanlar xəyallarıyla, bəziləri sevgiləriylə yaşayarlar..
Sevgiləriylə ayaqda qala bilənlər isə ümidləriylə xəyallarına çatar..

Bu yalnızlıq bitərmi, bilmirəm.
Bir daha bu ürək sevərmi bilmirəm.. Xəyanətini gördüm..
Mənim buna ömrüm yetərmi, bilmirəm .

İnsan bir silahdır, amma unutmayın ki, heç bir silah digər insan olmadan heç kimi yaralaya bilməz…
Mən Onu... 
Bir silahın içində 2 güllə kimi, eyni bədənə tuşlanan 2 ox kimi, qatillə qurbanın arasındakı bir neçə saniyəlik təlaş kimi sevmişdim...
Amma yetmədi,çəkib getdi.
Əslində biz təkcə kənardan g&¨rünən bir "cütlük" deyildik, biz suallarin cavabi,
imkansizliqlarin sübutu, çarəsizliklərin ümidi, hər nöqsanin,hər səhvin tutarli bəraəti idik...
Biz yaşanilmiş və yaşanilmasi gərəkən həyatin tək doğru insanlari idik...
Amma indi.....heçnə...
Yenidən sevməyimçün yenidənmi doğulacam?
Bilmirəm necə olacaq...bilmirem....
Ya yaşayacam,ya da yaşayirmiş kimi edəcəm...
Amma sevməyəcəm!

Soyuq və acı çay kimisən...Nə içimi isidirsən, nə də gözəl dadın gəlmir...Sadəcə yuxumu qaçırırsan...
Onu o qədər xəyal etdim ki, gerçəkliyini itirdim, sonunda...
"O" getdiyindən bəri hamını "Ona" bənzədirəm..”Görəsən bu da onun kimi şərəfsizdirmi?” deyərək...
Nə qədər qalmaq istəsək də bəzən getmək məcburiyyətində qalarıq. Və nə qədər getmək məcburiyyətində olsaq da, qalmaqdan tərəfdir sol yanımız..
Bir insan dediyi sözlər qədər demədiyi sözlər ilə də insanlaşır...
...Vazkeçdim...
Getsin gedə bildiyi yerə qədər..Bu limanda itirdiyim ilk gəmi deyilki.. O bilir, fırtına sahildəkini yox, üzüb gedəni vurur...
Kişi olmaq bir alın yazısı olsa da, adam olmaq hər kişiyə nəsib olmur...
Diqqət et əzizim...
Yoldaşlıq bəzən bir çiçəyin böyüdüyü qədər uzun,bəzəndə qısadır.. amma əhəmiyyətli olan yenisini tapmaq deyil var olanı yaşatmaqdır..
İki insanın yaxşı dolanması heç qüsursuz olmalarıyla deyil, bir-birlərinin qüsurlarını xoş görmələriylə təmin edilir..
Hər kəs həyatında səhv edir, ancaq bu o demək deyildir ki, o kəs həyatının sonunadək səhvinin cəzasını çəkməlidir.
Bəzən YAXŞI insanlar PİS seçimlər edir.Bu onların pis insan olduğu anlamına gəlmir... Bu onların İNSAN olduğu anlamına gəlir!
Sən uzatdığın əlini tutmayan ələ mi küskünsən?
Yoxsa tutmayacaq bir ələ uzatdığın üçün "Özünəmi" hirslisən?
İnsaın ÖZÜ nədirsə, GÖZÜ də onu görür.
Əslində insanlar bizə xəyal qırıqlığı yaşatmır,
Sadəcə biz səhv insanlar üzərində xəyal qururuq...
Hər dəfə canını ağrıtsa belə..Heç kim 'O' ola bilmirsə..
Və canının yanacağını bildiyin halda yenə də Sevirsənsə..
Bax 'eşq' budur..
Bu da məndən.... kiçik cümlələrlə dərin mənalar...
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 440
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri