Sıxılmadınızmı monoton həyatdan?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 445
Səs ver:
(səs: 0)

http://imgs.su/tmp/1321951464-656.jpg


Diləklər dilədim həyatımda həmişə,
Ümidlər yaşıllaşmadan, başlamazdı mənim üçün baharlar
Diləklər tutub üflədim ad günü şamlarımı,

Həyatın, mənfəətsiz dilənçi rolunu boynuna götürmüşdüm
Ovucuma pullar atılmasını deyil də,
Ümidlər istəyərdim, ovuc ovuc
Maddi heç bir şeyə ehtiyacım yox,
Yalnız həyatımda ki qara-ağ rəngi,
Yaşıllaşdırmağım üçün ümidlər dilənərdim

Ən sevdiyim rəng yaşıl idi
Paltarlarım həmişə yaşıl idi
Meydanlardaki saxta rənglərə bürünmüş adam deyildim,
Bir parça ümid dilənən,
Dilənçiydim mən


Yaşıl gözlərinə baxacağam,
Baxıb ümidlər yaşıllaşdıracağam,
Yaşılı sevmək üçün bəhanələr tapacağam,
Sevgilim belə yox idi

Heç kim soruşmazdı niyə yaşıla büründüyümü
Maraqlı da gəlməzdi, əhəmiyyətli hesab etməzdilərdi

Yenə sən qazandın həyat,
Bir rəngə belə tapmağıma maneə olursan
Ümidlərimi puç edirsən
Hamısını keçdim sənə olan inancımı belə məhv edirsən

Süni olmamı gözləyirsən deyilmi məndən !!
Sənə ən möhtəşəm süni rolunu göstərəcəyəm
Ssenari sənin olsun,
Rejissor tale olsun,
Dublorede ehtiyacım yox,
Bütün təhlükəli səhnələri özüm keçəcəm
Dublyora da ehtiyacım yoxdur


Sən at bir qəhqəhə yuxarıdan baxışlarla bu insan oğluna,
Səni Tanrı yaratdısa məni də Tanrı yaratdı,
Üstün görmə özünü,
Bərabərik

Mən tutaram diləyimi sayaram sonsuzdan geri
Yaxşı bəs sən sıxılmazsanmı monotonluqdan?

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 445
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri