Mən bu yazının hansı hissəsindəyəm?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 215
Səs ver:
(səs: 0)

http://imgs.su/tmp/1321951878-656.jpg


Həyatlarımız da həmişə
ya gözlənilənlər var ya da gözləyənlər var
Ömürümüz nədənsə həmişə ümid etməklə unutmaq arasında tükənir
Ya gözlənilən heç cür bizə çatmır ya da yol ayrıclarında erkən davranırıq
Ümid edilənlə unudulanlar nədənsə həmişə bir-birlərini aparırlar
Səhvlə doğru da olduğu kimi

Var oluşlarımızda yox oluşlarımızda həmişə eyni səbəbdən-HƏSRƏTDƏN
Amma nəticə nə olursa olsun yox olarkən də var olarkən də gözləyişlər içindəyik
Gözlədik...
Gözləyirik...
Gözləməyə davam edəcəyik...


Və niyə hər gözləyən həyatını gözlənilənə bağlar?
Ya da niyə gözlənilən bir gün dönəcəyini söyləyərək çıxar gözləyənin həyatından?
Həyatımızda ki gedib gəlmələrdə niyə həmişə gözləniləni günahlandırırq?
O olsa həyat dahamı yaxşı olar?
Yoxsa həyatı yaxşı edən oun həsrətidirmi?
Niyə gözləyən hər günə gözlənilənin gələcəyi ümidiylə başlar?
Və ya niyə gözlənilən heç cür dönüş yolunu tapa bilməz?
Bütün yollar çıxılmazmıdır?
Ya da geri dönüşdə gözləyəni tapa bilməmə qorxusudurmu onu hər yola çıxdığında geri qoyan səbəb?
Gözləyən də gözlənilən də unutdusa unutmağa məcbursa niyə hər doğan gün özüylə birlikdə yeni gözləyişlər də doğurar?
Və ya niyə həmişə sonunu bilə-bilə başlarıq yeni gözləyişlərə?
Yoxsa heç bir şey deyildə gözlənilənin bir gün geriyə dönə bilmə ümididirmi bizi dəstək olan?

Və ya bir gözləyənimiz olduğu üçün tək olmadığımızı dünyaya sübut etmiş olduğumuzu sanmaqdırmı bizi gözləyənə bağlayan?
Gözləyən bütün həyatını o qədər bağlamışdır ki gözlədiyinə, onun gəlməsi üçün edə bilməyəcəyi heç bir şey yoxdur yer üzündə
O olmadan təkdir və onun təkliyi də gözəldir sonunda ona qovuşmaq varsa
Gözlənilən o qədər xoşbəxtdir ki bir gözləyəni olduğuna onsuz olmanın,onu görə bilməmənin hüznü belə gözəl gəlir əgər bütün yollardan geriyə dönüş varsa...
Əslində gözləyən də gözlənilən də özünümü aldadar?
Bütün gözləyişlərin əsl səbəbi yolun sonunda özümüzü tapma, özümüzə qalma qorxusudurmu görəsən?
Bütün gözləyişlər də əsl gözlədiyimiz özümüzük və hər döndüyümüz yolda özümüzə çıxırsa,başlanğıcdan bəri tək deyilikmi?
Və təkmi bitirməliyik?
Təkliyimizə və ya başqalarının təkliyinə çarə axtarmaqdansa yalnız gözləməliyikmi?
Bu gözləyişin vardırmı sonu?

Yoxsa sonsuz gözləyişlərə o qədər vaxt itirdikdə mənliyimizi geriyə döndüyümüzdə tapacaq bir mən buraxmadıqmı?
Boş ümidlərin arxasından o qədər qaçdıqda özümüzə gedəcək dərmanı tapa bilmədikmi?
Hər şeydə o qədər başqalarını axtardıqda özümüzü tapmağa zaman ayıra bilmədikmi?
Və ya hər şeyi unutduğumuz kimi başlanğıcda əsl axtardığımızın özümüz olduğunudamı unutduq?
Yoxsa hər şeyi hazırladıqmı? Bizi bu qədər xoşbəxt edən, gözlədən, yoran, ağrıdan, yorarkən belə təkrarını gözlədən həmişə özümüz idikmi?
Fərziyyələrdənmi ibarətdik?
Və özümüzə gözləyənlə gözləniləni icad etdik...
Əgər hər şey yalnız fantastikadırsa niyə bu səfər sonsuz deyil? Niyə digər hər şey kimi yalnız bizim deyil? Niyə u oyunda tək başımıza oynaya bilmirik? Ya gözlənilən ya da gözlənilən olmaq zorundaysak və hansı olacağımıza belə qərar verə bilmirsək necə bizim oynumuzdur bu?
Və bu oyunun bir sonu vardırmı? Yoxsa sonsuzdurmu gözləyənlə gözlənilənin ömürü qədər?

Fərziyyələrdənmi ibarətdik?
Və özümüzə gözləyənlə gözləniləni icad etdik...
Əgər hər şey yalnız fantastikadırsa niyə bu səfər sonsuz deyil? Niyə digər hər şey kimi yalnız bizim deyil? Niyə bu oyunda tək oynaya bilmirik? Ya gözlənilən ya da gözlənilən olmaq zorundaysak və hansı olacağımıza belə qərar verə bilmirsək necə bizim oynumuzdur bu?
Və bu oyunun bir sonu vardırmı? Yoxsa sonsuzdurmu gözləyənlə gözlənilənin ömürü qədər?

Və mən bu yazının hansı hissəsindəyəm?
Gözlənilənəmmi? Gözləməliyəmmi?
Yoxsa bir zamanlar özümə etdiyim kimi hər şeyi tərkmi etməliyəm?

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 215
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri