Heyat Qadini

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 7 233
Səs ver:
(səs: 0)
http://imgs.su/tmp/1322036327-656.jpg

İnsana həyat bəxş edilən dövrdən bugünkü yaşamımıza qədər böyük bir zaman qət edilmişdir. Həyatda bir çox vərdişlər, xüsusiyyətlər dəyişilmiş və ya başqası ilə əvəz olunmuşdur. Ancaq elə vərdişlər də var ki, dəyişilmək əvəzinə, daha da ifrat dərəcəyə varmış və çox insanların ağrılı probleminə çevrilmişdir.  

“Həyat qadını”...Yəqin ki, bu söz hər kəsə tanışdır. Bir çoxlarımız bu sözün mənasını dərk edirik. Necədə pis səslənir elə deyilmi? Kimdir bunun günahkarı? Həmin yolu seçmiş qadınmı, yoxsa onu bu vəziyyətə düçar edən cəmiyyət və yaxud həyat şəraiti, maddiyyatmı?  

Hər halda insan iradəsi bu məsələdə ən önəmli faktorlardan biridir. Fikrimcə, iradəsi güclü olan insan heç bir zaman bu kirli yola baş vurmaz. Əvəzində nə qazandığından asılı olmayaraq bu yolu ağlının ucundan belə keçirməz. Seyr etdiyimiz bir çox kinolar bu cür səhnələri qabarıq şəkildə əks etdirir. Kimi qadının maddi çətinliyi,  kimisinin övladlarını saxlama düşüncəsi qadını bu yola salır. Real həyatda da belə hadisələr çoxdur. Ancaq acı bir həqiqətdir ki, son zamanlar bu iyrənc əməl maddi çətinlik səbəbindən çox sevimli peşə növü kimi ortaya çıxmışdır.


İnsanların düşüncə tərzi dəyişdikcə bu çirkin əmələ adi hal kimi baxanların sayı da çoxalır. Hər halda hər biriniz razılaşarsınız ki, ətrafında, hansısa qohumunda, qonşusunda bu halla qarşılaşanda istər-istəməz o insandan uzaq gəzirik. Onunla bir yerdə görünməyi isə fəlakət hesab edirik. Məgər bunu həmin qadın başa düşmür? Başa düşürsə niyə vaxt var ikən tövbə edib, doğru yola qayıtmır. Yəqin qınaqlara tuş gələcəyindən qorxur, ya da öz həyatından məmnundur. 

Qadının ən böyük var-dövləti onun isməti, namusudur. Bu keyfiyyətləri itirən isə qadın adını çoxdan itirmişdir. Qızlar öz gözəl, parlaq gələcəklərini, qadınlar isə ailələrini, övladlarını düşünərsə əminəm ki, bu hallar müəyyən çərçivədə aradan qalxar. Dünya insanlarına müraciət etməyə gücümüz çatmaz. Ancaq öz ölkəmizin gələcəyində nəyi isə dəyişdirə bilərik. Sağlam nəsil yetişdirmək hər birimizin öhdəsinə düşən ən məsul, şərəfli  və bir o qədər də məsuliyyətli vəzifədir. Bu vəzifəni yerinə yetirmək üçün isə namuslu, tərbiyəli qadın-ANA tələb olunur. Düşünürəm ki, bu məsuliyyətləri dərk edən qadın heç bir zaman pis işlərə yol verməz.

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 7 233
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri