Gülüşünüz xarakterimizi göstərir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 371
Səs ver:
(səs: 5)

alt

 

Dahi filosof Aristotel hesab edirdi ki, insanın xarakterini təkcə üzünə görə yox, həm də gülüşünə görə müəyyən etmək olar.Qoy sizin də kiminsə gülüş tərzini müşahidəniz onu daha yaxşı anlamağa və xarakterini öyrənməyinizə kömək etsin.Bir qayda olaraq, gülüşün səsi və tembri sait səslərlə müəyyən edilir. Demə,bizim bütün «hi-hi-hi» və «ha-ha-ha»larımızı gülüşümüzdə hansı saitin çoxluğundan asılı olaraq rahatca açmaq olar. Psixoloqlar təsdiq edirlər ki, bu üsulla insanın emosiyaları, onun səmimiyyəti barədə çox şey öyrənmək mümkündür.



«A» saitli (ha-ha) gülüş açıq, loyal, fəal, bəzən isə qeyri-sabit insanlara məxsusdur.Ürəkdən gələn bu gülüş coşqun sevinci ifadə edir, səsi kənara yayır.Şənlənən və nə özünə, nə də ətrafdakılara nəyi isə sübüt etmək istəməyən adamlar bu sayaq gülürlər. «A» saitli gülüş ən səmimi gülüş hesab edilir.

«E» (he-he) ilə gülənlər isə fleqmatiklər və melanxoliklərdir.Bu gülüş sanki ağızda gizlədilir və ətrafdakılara ünvanlanmır.Özünə inanmayan, hər şeyə şübhə ilə yanaşan insan belə gülür.

"İ" saiti (hi-hi) sadəlövh və yaltaq kəslərin gülüşü üçün xarakterikdir. Hi-hili gülüş səmimi və ikiüzlü, nazlı və sadəlöhv də səslənə bilər.Adətən yaşından cavan görünmək istəyən qadınlar belə gülürlər.

«O» saiti (ho-ho) ilə xeyirxah və cəsur adamlar gülürlər. Bəzən isə belə gülüş rahatlıq və ya heyrəti də nümayiş etdirir.Çox vaxt nədənsə möhkəm incimiş insanın müdafiə reaksiyasını da ifadə edir.«O» saitli gülüş həm də səsin hündürlüyündən asılı olaraq tərslik və ya ələ salmaq istəyini ifadə edə bilər.

«U» saiti ilə (hu-hu) adətən təhlükəni öz təbəssümü ilə qarşılamağa cəhd göstərənlər gülür.Bu cür gülüş güclənən qorxunu, hürkünü ifadə edir.

Bəs Siz necə gülürsünüz?
(səs: 5)
Şərhlər: 2
Baxılıb: 3 371
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri