Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yaşlılara hörmət et, sən də qocalacaqsan!
Yaşlılara hörmət et, sən də qocalacaqsan!
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1575
Səs ver:

alt

 

SƏN DƏ QOCALACAQSAN!

Yaşlı ata 1 müddət oğlu, gəlini və dörd yaşlı nəvəsi ilə qalmağa qərara gəlir.
Ailə hər gün stol arxasına keçərək birlikdə yemək yerirdi. Atanın əlləri əsdiyi üçün tez tez qaşığı yerə salır, gözləri yaxşı görmədiyindən boşqaba və su qabına toxunaraq onları aşırıb sındırır, dişləri olmadığı üçün isə ağzını marçıldadırdı. Bu hərəkətlərdən əsəbləşən gəlin və oğul "Bu nizamsızlığın qarşısını almalıyıq": deyərək yaşlı ata üçün evin küncündə ayrıca balaca stol açır, şüşə qabları sındırmaması üçün isə ona taxtadan boşqab və fincan verirlər. Beləliklə hər gün ailə stol arxasında nahar edərkən, yaşlı ata evin küncündə ona ayrılmış kiçik stolda tək oturaraq yemək yeyirdi. Ata hər dəfə qaşığı yerə salanda, fincanı aşıranda gəlinin və oğulun iti baxışları ona tərəf yönəlirdi. Ailə üzvləri onun göz yaşlarını görməsin deyə qoca ata başını aşaği salaraq baxışlarını onlardan gizlətməyə çalışırdı. Bunların hamısını isə evdə olan dörd yaşlı nəvə sakitcə seyr edirdi.
Bir axşam şam yeməyindən əvvəl ata körpə uşağının yerdə oyuncaq çəkic və taxta parçaları ilə oynadığını görür və ona yaxınlaşıb başına sığal çəkərək soruşur: "Şəkərim, taxta parçalarından nə düzəldirsən?" Yerdə oturmuş körpə başını qaldırıb atasına baxaraq "Ata, mən anam və sənin üçün qocalanda şüşə qabları sındırmamaq üçün taxta qablar hazırlayıram" deyə cavab verir. Usağın sözlərindən sanki yuxudan ayılan valideyinlər göz yaşlarını tuta bilmir, ataya qarşı etdikləri hərəkətdən peşman olurlar. Həmin axşam gəlin və oğul yaşlı atanın qollarından tutaraq onu öz stolları arxasına gətirirlər. O gündən bərı ata yenə hər gün bütün ailə üzvləri ilə birlikdə stol arxasında nahar edirdi. Onun qabları sındırması, suyu yerə dağıtması və ağzını marçıldatması isə oğul və gəlinini narahat belə etmirdi.

Şərhlər:
Baxılıb: 1575
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz