Ata və qız...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 11 117
Səs ver:
(səs: 2)
Ata
Bu şirin necədə kiçikdi. İndi bu kiçik şey mənim qızımdı?
Gözləri də mənə nə qədər çox bənzəyir...

Qızı
Bu gözlərini məndən heç ayırmayan kişi yəqin mənim atamdı...

5 yaşında

Ata
Şahzadəm mənim, gözəl qızım...
De görüm atan sənə nə alsın...?

Qızı
Ən çox atamı sevirəm...
Atam, niyə anamla yatır?
Həmişə mənimlə yatsın, başqasını sevməsin...

10 yaşında

Ata
Getdikcə yaramaz olur, kimə oxşadı bu qız?

Qızı
Mən atama aşiqəm, onu çox sevirəm.
Böyüyəndə atam kimi kişiylə evlənəcəm.
Atam bu ay cibxərcliyimi artırar görəsən?

15 yaşında

Ata
Nə qədər də tez böyüdü...
Evə də get-gedə gec gəlməyə başladı, bu gedişlə başına pis bir iş gələcək...
Məncə bundan sonra onunla daha sərt danışmalıyam...

Qızı
Atamın ucbatından yoldaşlarımla istədiyim qədər vaxt keçirdə bilmirəm...
Mənə təzyiq etməsindən nifrət edirəm...
Nə vaxt azad olacağam?

20 yaşında

Ata
Artıq sözümü dinləmir, məndən gedərək uzaqlaşır...
Öz pulunu da qazanmağa başladı, mənə ehtiyacı qalmadı təbii.
Uzun zamandır şirin bir-iki söz keçmədi aramızda onsuzda..
Evədə davamlı olaraq oğlanlar zəng edir. Yəqin qızım əldən gedir...

Qızı
Hər dediyimə sözdən inciyir və məni heç cür başa düşmür...
Hələ keçən gün geyindiyim mini yupkayada acıqlanmışdı. Buna nə deməli...¿
Evdən ayrılıb, öz həyatımı qurmalıyam...
Uşaq rəftarı görməkdən bezdim artıq!...

25 yaşında

Ata
Bir gün bunun olacağını bilirdim...
Offf qızım artıq evlənir...
Onsuzda aramız əvvəl ki, kimi deyildi...
İndi bir də əri var...
Şahzadəm məni tərk edir...

Qızı
Belə bir gündə o bədbəxt ifadəni geyinməsinə nə ehtiyac var ki?
Bilirəm, onu heç cür içinə həzm edə bilmədi. Buna gorə edir...
Öz xəyalındakı kürəkən deyil axı.
Sanki birlikdə yaşayacaq olan odu mən yox...

30 yaşında

Ata
Çox az görüşürük. Daha sıx bir yerə gəlsək nə yaxşı olar...
Həm nəvələrimçündə çox darıxıram...
Öz yoldaş ətraflarından fürsət tapıb da bizə gələ bilmirlər ki...

Qızı
Atamada çox laqeyd yanaşıram yəqin...
Yenə telefonda çox kədərli gəldi səsi...
Ən yaxşısı həftənin sonu onlara qonaq gedib, sürpriz etməkdi...

40 yaşında

Ata
Qızım, mənim intellektual səviyyəmi bəyənmir...
Ona görə zamanın gerisində düşünürmüşəm...
Halbuki kiçikkən dərslərinə həmişə mən kömək edərdim...
Anlaya bilmədiyi bütün problemləri məndən soruşardı...
İndi məni bəyənmir...
Bir daha onunla əsla siyasi muzakirələrə girməyəcəm

Qızı
Atam gedərək daha da uşaq kimi davranır...
Davamlı bir şeylərdən şikayətlənir...
Hərçənddə son zamanlarda sağlamlığı da yaxşı deyil amma...
Ya ona bir şey olarsa...?
Onsuzda heç bir zaman dilədiyi kimi bir övlad da ola bilmədim...

45 yaşında

Ata
Qızımın xoşbəxt bir yuvası olması nə gözəldir...
Gözüm arxada getməyəcəyəm. Hər şeyi özü bacardı...
Onunla qürur duyuram...

Qızı
Atam üçün çox narahat oluram. Onu itirməyə hazır deyiləm...
Dərmanlarına da həmişə laqeydlik edir.Allahım onu məndən alma.

50 yaşında

Ata
Dünyada xoşbəxt qal qızım !...

Qızı
Sənin üçün çox darıxacağam və axtaracağam Atacan 
İndi mən kiminlə məsləhətləşəcəyəm, kim kömək edəcək mənə...?
Nə olar getdiyin yerdə çox xoşbəxt ol...
Və həmişə yanımda olduğunu hiss etdir...
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 11 117
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri