Cahil insanın xüsusiyyətləri

Müəllif: Miss_Oxatan
Şərhlər: 10
Baxılıb: 4 431
Səs ver:
(səs: 1)
Bu növ insana tab gətirə bilən ən gözəl təriflərə layiq olan insandır. Dinləməz, bilməz, bilmək istəməz. Növləri çoxdur. Yağı sudan daha yoğun zənn edər.
Bir salam belə versəniz, sizi çox yaxından tanıdığını zənn edər. Haqqınızda çox bir şey bilməməyinə rəğmən fikirlər yürüdər...
Yalnız öz dediyini düz hesab edən, qarşısındakını anlamayan, anlamaq istəməyən anlayışsız insanlar.
Çox pis mənada təhlükəli insandır. İstər sözü ilə, istər davranışları, istər əməlləri ilə. 
Hər cür vəhşətə yol aça bilərlər.
Siz nə izah etsəniz edin, bildiklərini edərlər. Bu da azmış kimi həyasız ola bilirlər. Tək bildikləri özlərinin doğru olduqları, səhv olduğunu qəbul etmədən "doğru budur" fikrindən dönməzlər. Dünyanın yalnız öz ətraflarında döndüyünü zənn edib, bir tək əhəmiyyətli insan özləridir sanarlar...
Dinləməyi bilməyən insandır. Bir şeyin həqiqiliyini əsla qəbul etməz, təbii olaraq söz çatdırmaq mümkün deyildir.
Cahil insan özünü inkişaf etdirməyən insandır çox vaxt. Elmdən uzaq, məlumatlanmaqdan kənar.
Uzaq durulması laızm olan insandır.
Dost olanı düşməndən daha təhlükəli, zərərli ola bilməkdədir. Qorxusu az, cəsarəti çox olan insandır.
Özünü bilməyən və bilməyə də yaxın durmayan insandır.
Çox danışan, amma boş danışan insan.

Cahil insan nə öyrədər? sualına hansı cavabı verərdiniz?
Həyatınız boyu necə olmamalısınız, onu öyrədər.
Öz istəklərini ön plana çıxarar.
Eyni səhvi bir neçə dəfə təkrarlamağı özünə borc bilən insan.
Qadını da, kişisi də təhlükəlidir.
"Cahil insanın yanında kitab kimi səssiz ol. (Hz. Mövlana)"
Hələ ki bu cür insanlar əllərinə bir səlahiyyət keçirsələr, o zaman insanlığa ən böyük pisliyi edərlər. Hələ də cahil olduğunu bilməyəcək qədər "gözü quru cahil" insanlardan uzaq dayanmaq lazımdır.
Ölkəmizdə çox tapıla bilən və hər yaşdan olan insan növüdür. Hobbiləri çayxanada vaxt keçirmək, sevmədiyi halda hansısa qızla saatlarla telefonda danışan, əlində kitab olan insanlara lağ gözü ilə baxan cahil oğlanlarımız, inkişaf etməyi makyajda, açıq- saçıq geyinməkdə, tanımadığı oğlanın şəklini telefonuna çəkən cahil qızlarımız vardır.
Əsla müzakirəvi və dərin mövzulara giriləməlidir bu növ insanla. (Müzakirədə tərəflərin birinin cahilliyi yatar çox zaman)
Mövzu hər nə olursa olsun, yanındnan uzaqlaşmaq lazımdır, əks halda məsafəsiz cümlələri ilə ruhunu yoracaq.
Aralarında ali təhsili tam, mövqe sahibi olanları vardır. Bunlar ən təhlükəli növləridir.

Siz cahil insanları necə tanıya bilirsiniz?Onlarla münasibətdə necə davranırsınız?
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 4 431
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri