Kosmosda həyat mümkün olacaqmı?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 343
Səs ver:
(səs: 0)
BBC Future Proqramı  çərçivəsində 21 oktyabr tarixində "Dünyanı Dəyişdirən Fikirlər" adlı konfrans keçirilmişdir. Konfranfransda elm, texnalogiyalar və sağlamlıq haqqında yeniliklər müzakirə edilmişdir. Əsas müzakirə olunan məsələlərdən biri də kosmosda insan koloniyalarının qurulması ilə bağlı olmuşdur.
Planetimizdə əhali sayının sürətlə artması nəticəsində yaranan əhali və resurs problemləri , insanları yeni dünya axtarmağa məcbur edir. SpaceX adlı kosmik turizm şirkətinin sahibi Elon Mask bildirir ki, "Hər hansı bir fəlakət nəticəsində insan varlığını qorumaq üçün başqa planetlərdə yaşamağa imkan verən araşdırmalar vacibdir." Kosmik koloniya haqqında ilk fikri 1920-ci ildə Avstriyalı roket dizayneri Herman Potoçnik irəli sürmüşdür.Potiçnikin xəyal etdiyi layihə UFO-ya bənzər dairəvi kosmik aparat yaratmaq idi.Bu aparat süni yer cazibəsi yaratmaq üçün fırlanacaq və enerjini isə Günəş palelləri vasitəsi ilə əldə edəcəkdi.
Digər alimlər isə kosmosda koloniya qurmaq əvəzinə başqa bir planetdə ya da Ayda insanın yaşaması üçün , lazımi vasitələri özündə birləşdirən süni biosfer yaratmağı daha ağlabatan hesab edirlər. Bu sahədə ilk layihə "Mars 2025"-dir.Hansı ki, həmin ilə qədər Marsda yeni mədəniyyətin yaradılmasını nəzərdə tutur.
Bəs kosmosda yaşayış necə təşkil olunacaq.?
Beynəlxalq Kosmos Stansiyası təcrübəsi kosmik koloniyalarda qarşılaşılacaq problemlər haqqında ilkin fikir yaratmağa kömək edir.Beləki, stansiyada 6 nəfər ekipaja su daşımaq üçün ildə 2 milyard dollar mailiyyə vəsaiti xərclənir. Qida və oksigen tədarükünü  nəzərə aldıqda xərclər dahad da artır.Bu səbəbdən də öz-özünü təmin edən kosmik koloniyanın yaradılması zəruridir.
Digər önəmli problem isə insan orqanizminin qarşılaşa biləcəyi problemlərdir. Yer cazibəsinin az olması nəticəsində sümük və əzələlərdə zəiflik və başda təzyiq yüksəlməsi yaranacaqdır.Bu nəticədə ömürlük və ya müvəqqəti göz xəstəliklərinə səbəb olur. Kosmik radiasiya katarakt və xərçəng xəstəliyi riskini artırır . Moskva şəhərində Mars500 layihəsi çərçivəsində  6 nəfər 520 gün ərzində 80 metrlik bir ərazidə yaşamaq məcburiyyətində qalmış və nəticədə bir çoxunda yuxu, qavrama , depressiya kimi prablemlər ortaya çıxmışdır.Kosmik koloniyalarda bu cür problemlər aradan qaldırılmalıdır.
Kosmosda doğulan və yaşayan insanlar bizdən fərqlimi olacaq?
Tədqiqatlara görə bu cür izolə edilmiş koloniyalarda yaşayan insanların özlərinə xas mədəniyyətləri olacaq. Bəlkə öz dillərini yaradacaqlar hətta bəzi fiziki xüsusiyyətlərə sahib olacaqlar.
Portland Universitetinin professoru Kameron Smitə görə 2000 insandan ibarət olan kosmik kaloniyanın sakinləri 300 ildən sonra bizdən fərqli bir görünüşə fərqli davranış formalarına , saç qurluşuna , fərqli dəriyə , aşağı yer çəkiminə uyğun manevr etmək bacarığına malik hündür bədən quruluşuna və.s malik olacaqlar.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 343
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri