İnternetsiz internetə girə biləcəyik!

Müəllif: Ayşə_gül
Şərhlər: 7
Baxılıb: 2 431
Səs ver:
(səs: 0)
"YouTube"dan bayramqabağı yenilik.
Qadınlar.biz in məlumatına görə, izləyicilərin illərdir gözlədiyi yenilik, nəhayət, reallaşır. Belə ki, onlayn olmasanız belə artıq video portalda video izləmək mümkün olacaq.
"YouTube"un mobil versiyasına girənlər bu zamana kimi internetə qoşulmadan video izləyə bilmirdilər. Əvəl izlədiyiniz videoya yenidən baxmaq istəsəniz belə, internet qoşulmalı idi.
Amma yeni dəyişikliyə görə, internetə qoşulmaq lazım olmayacaq. Belə ki, əvvəl izlədiyiniz videonu ikinci dəfə izləmək üçün internetə qoşulmaq lazım olmayacaq.
Təəssüf ki, burada bir mənfi məqam da olacaq. Bu isə vaxt məhdudiyyətidir - 48 saat.
Bu özəllikdən hələlik ancaq Hindistan, İndoneziya, Filippində istifadə ediləcək.
"YouTube"un belə özəlliyinin ilk olaraq adıçəkilən ölkələrdə işə salması isə Asiyada internetin zəif olması ilə bağlıdır.
Bu xidmətin yaxın zamanda başqa ölkələrdə də istifadəyə veriləcəyi gözlənilir.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 431
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri