Dəniz sahilində əsl möcüzə! - fotolar

Müəllif: Ayşə_gül
Şərhlər: 7
Baxılıb: 3 880
Səs ver:
(səs: 2)
İnternetdə bu olayı "əsl möcüzə" adlandırırlar

Hətta XXI əsrdə təbiət insanı təəccübləndirməyə davam edir. Qeyri-adi təbiət hadisəsi Fin körfəzinin sahillərində müşahidə olunub.
Qadınlar.biz kp.ru-ya istinadən bildirir ki, burada sahilə gələnlərin diqqətini 5-10 sm diametrli buz kürələr cəlb edib.
- Bu nədir? Bu daşları kim düzüb bu səliqəylə? - deyə insanlar təəccübləniblər. Hətta onları "əjdaha yumurtası" adlandıranlar da tapılıb.
Həqiqət isə sadə olduğu qədər də gözlənilməz olub: sadəcə çimərlik bu qaydada donub.
Çoxlarının möcüzə adlandırdığı bu hadisəni Tallindən olan fotoqraf Aleksandr Abrosimov lentə alıb.
- Fin körfəzinə daxil olan bu çimərlik bizim şəhərdədir, evimdən bir az aralı, - Abrosimov deyib. - Təxminən 10 gün əvvəl çəkmişəm şəkli. Güclü şaxta vardı, mənfi 20 dərəcə. Belə buzu ilk dəfə idi görürdüm.
Qumla su qarışaraq birlikdə donub. Maraqlıdır ki, bütün kürələri dəniz sahilin yalnız bir tərəfinə atıb.
- Yayda burada suyun dərinliyi yarım metr olur, qışda isə çəkilir, yerində buz yaranır, - fotoqraf deyir. O, hadisəni qəfil şaxtayla əlaqələndirir. - Həmin gün səhər Tallində havanın temperaturu -2 dərəcə idi, gecə isə qəfil -20 dərəcəyə düşüb. Çimərliyin dayaz hissəsi donub, dalğalar da buza belə qəribə görkəm verib.
Şəkli görən bioloqlar da fotoqrafla razılaşırlar. Amma onlar hesab edirlər ki, öncə çimərlikdəki qar necəsə qartopu formasına düşüb, sonra isə buzlayıb, sanki kimsə əliylə düzüb.  
Təbii ki, istənilən təzahürü elmi cəhətdən izah etmək mümkündür. Amma bu gözəlliyi ancaq "möcüzə" adlandırmaq olar.

 

 

 


(səs: 2)
Şərhlər: 7
Baxılıb: 3 880
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri