2.Ekvador sakinlərinin Yeni il ənənələri də çox maraqlıdır. Əgər kimsə növbəti ildə daha çox səyahət etmək istəyirsə gecə saat 12-də böyük çamadanla yaşadığı binanın ətrafında bir neçə dövrə qaçmalıdır. Növbəti ildə daha çox pul qazanmaq istəyənlər bayram gecəsi sarı rəngdə alt paltarı geyinməlidir. Yeni ildə özünə xoşbəxt bir sevgi arzulayanların isə alt paltarı qırmızı rəngdə olmalıdır.
3.İtaliyada yeni il şənlikləri köhnə əşyaların atılması ilə başlanır. İtalyanlar bu ənənəni çox sevirlər. Çünki köhnə ildə atılmış əşyalar yeniləri ilə təzələnir. İtalyanlar bayram süfrəsinə qoz, mərci və üzüm qoymağı mütləq sayırlar və bu qida məhsullarını uzunömürlülük, sağlamlıq rəmzi kimi qəbul edirlər. İtaliyada Yeni il ənənələrindən biri bayram münasibətilə yaxın və doğma insanlara su doldurulmuş qabın içərisinə zeytun budağı qoyub hədiyyə etməkdir. Belə qəbul olunub ki, bu hədiyyə insanlara xoşbəxtlik gətirir.
4.İspaniyada bayram şənlikləri böyük təntənə ilə keçirilir. İspanların
ən əsas yeni il ənənəsi on iki üzüm giləsi ilə bağlıdır. Bu ölkənin
sakinləri yeni il gecəsi yaşadıqları şəhərin mərkəzinə çıxır, yeni ilə
12 saniyə qalmış niyyət tuturlar, hər saniyə ərzində bir gilə üzüm yeyib
tumlarını atırlar. Əsas məsələ saniyə ərzində bu prosesi vaxtında
həyata keçirməkdir. Kim bunu bacarırsa növbəti ildə onu uğurlar
gözləyir. İspanlar üçün üzüm uğur, bolluq, xoşbəxtlik rəmzi sayılır.
İspanların
daha bir bayram ənənəsi isə bayram günündə kilsənin qarşısına yığışıb
ötən ildə baş verən hadisələri xatırlamaqdır. Bəzən bu tədbir saatlarla
davam edir.
5.Daniyada Yeni ili tullanmaqla qarşılayırlar. Belə ki, gecə saat 12-də hamı stulun üstünə çıxır və tullanır. Beləliklə, onlar köhnə ildən təzə ilə tullanırlar. Bu ölkədə daha bir bayram ənənəsi yaxın dostların və qonşuların qapılarına boşqab çırpmaqdır. Kimin qapısının kandarında daha çox qab-qacaq qırıntıları varsa gələn il onun üçün düşərli və uğurlu olur.
6.Yunanstanda Yeni il bayramını qonaqlarla keçirməyi sevirlər. Ənənəyə görə qonaqlar təşrif buyurduqları ailələrə hədiyyələr gətirirlər. Bu hədiyyələrin arasında daş da olur. Daş nə qədər ağır olarsa həmin ailənin növbəti ildə var-dövləti də həmin ağırlıqda olar. Yunanların ənənəsinə görə bayram ziyafəti başa çatdıqdan sonra ailənin başçısı bir ədəd narı həyətdə yerə çırpır. Narın dənələri nə qədər çox səpələnərsə yeni il də bir o qədər uğurlu olar.
7.Avstriyada da Yeni il bayramı böyük təntənə və şənliklərlə qeyd olunur. Avstriyalılar öz ənənələrinə görə bayram günündə doğmalarına donuz bağışlayırlar. Ancaq canlı yox, oyuncaq donuz balası. Belə hədiyyə bu ölkədə var-dövlət rəmzi sayılır.
8.Braziliyada Yeni il şənliklikləri olduqca romantik keçirilir. Bayran günü braziliyalılar okean sahilində qum üzərində şamlar yandırırlar. Qadınlar isə uzun paltarlarda suya girib gül ləçəklərini okeana atırlar. Bayram şənliklərinə karnavallar xüsusi gözəllik qatır.
9.Argentinada Yeni il ərəfəsində evlərin qapısına gül çələngləri bağlanır. Bu onu göstərir ki, ailə Yeni il bayramına hazırdır. Bu ölkədə ilin son günündə iş yerlərində olan bütün artıq kağızları pəncərələrdən küçələrə atırlar. Yeni il bayramı argentinalılara baha başa gəlir. Ənənəyə görə bu ölkədə işləyən hər bir kəs ailə üzvlərinə və qohumlarına hədiyyələr almalıdırlar.