İnsan sağlamlıq haqqında

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 13 357
Səs ver:
(səs: 17)
Mütəxəssislər bu fikirdədir ki, sürətlə yol getmək insanın sağlam olması üçün çox mühümdür. Yeni tədqiqatlar göstərir ki, sürətlə yol getmək - həm də ömrün uzun olmasına səbəb olar.Bu gün texnikanın inkişaf etdiyi bir dövrdə insanların fiziki fəaliyyətləri azalmışdır. Elə ona görə də həyat rihafı artıqca insanların xəstəlikləri də artmaqdadır.Mütəxəssislərin nəzərinə görə, 75-84 yaşlı insanlar arasında o kəslər ki, çox yol gedirlər, daha 10 il sağ qalmaqları şansı 92%-dir. Halbuki, yavaş yol gedənlərin şansı 15%-dir.Ona görə də deyə bilərik ki, yol getmək ömrü uzadar, ancaq sürətlə yol getmək bu şansı daha da artırar. Bu gün həkimlərin bir çoxu, xüsusilə də ahıl yaşlarında olan insanlara çoxlu yol getməyi tövsiyə edirlər.Eyni zamanda bədəni sağlam olan insan bədən fəaliyyətlərinin yardımı ilə daha çox sağlam ola bilər. Həkim bir insanın nə qədər sürətlə yol getməsini, habelə, dərd və narahatlıqlarını öyrənərək, onun sağlamlığı haqqında məlumat toplaya bilər.Yol getməyin faydası ancaq sürətlə yol getməklə xülasələnməz. Həmçinin biz demirik ki, ancaq sürətlə yol gedənlər uzun yaşayacaqlar. Bəlkə biz onu deyirik ki, yol getməyi gündəlik proqramınıza daxil etməli və bədəniniz də bu sağlam rejimə adət edərək, ideal səviyyəsinə çatmalıdır. Yol getməyi daha da inkişaf etdirib, sürətini artıra bilərsiniz.Bunu da qeyd edək ki, sakit yol getmək də faydalıdır.Yol getməyin bədənə iki müsbət təsiri. 1. Ürəyi sağlam edər və ürək ağrılarının qarşısını alar.Yol getmək ürək xəstəliklərinə düçar olmağın qarşısını alar. Bundan başqa, cəmiyyətdə diabet xəstələrinin sayı artmaqdadır. Onları da ürək və damar xəstəlikləri riski gözləyir. Onlar da yol getmək üçün vaxt ayırsalar, ürəkləri üçün faydalı olar.Bəs nə qədər yol getməliyik?Əgər təzə diabet xəstəliyinə düçar olmusunuzsa, tədqiqatlar göstərir ki, gün ərzində 2 min addım, yəni təxminən 20 dəqiqə yol getmək lazımdır. Həqiqətən atılan addımla ürək və damar sağlamlığı arasında sıx rabitə vardır. Hər gün ən azı 2000 addım atmağa çalışın. Ən azı ürək xəstəliklərinin qarşısını 10% almış olarsınız. 2. Yol getmək bir beyin idmanıdır.Təhlillər göstərir ki, yol getmək beyin fəaliyyətinə və ruh rahatlığına birbaşa təsir edər. İllər ötdükcə, bizim beynimiz kiçilməyə başlayar. Əslində bu kiçilmə beyin fəaliyyətinin zəif olmasına görədir. Nəticədə də insan hafizəsini əldən verməyə başlayar.Yeni araşdırmalar göstərir ki, yol getməyin hafizəni gücləndirməyə birbaşa təsiri vardır. Əlbəttə nə qədər təsir etdiyi hələ də dəqiq müəyyən edilməmişdir.Beləliklə, deyə bilərik ki, yol getmək ürək, damar, qan təzyiqi, artıq çəkinin azalmasına, bədənə və beyinə qanın yaxşı ötürülməsinə müsbət təsir göstərər. Yol getmək xüsusilə də ömrün uzanmasına səbəb olar ki, hər gün 2000 addım bunun üçün elə də çətin bir iş deyildir.
(səs: 17)
Şərhlər: 7
Baxılıb: 13 357
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri