Kanadanın ali təhsil sistemi

Müəllif: tek umidim sen
Şərhlər: 6
Baxılıb: 2125
Səs ver:
(səs: 1)
Ölkənin təhsil sisteminə dövlət məktəbləri daxil olduğu kimi, özəl məktəblər də daxildir. Konstitusiyaya görə təhsil yalnız əyalətin ixtiyarında yerləşir. Nəticədə, müxtəlif ölkələrdə təhsil sistemi əhəmiyyətli dərəcədə müxtəlif ola bilər. Lakin, ümumilikdə ölkədə təhsil standartları eyni dərəcədə yüksəkdir. Kanada universitetlərinin diplomları bütün dünyada tanınır. Kanada universiteləri müasir maddi-texniki avadanlıqla təchiz edilir və yaxşı kitabxanaları var. Kanad ali məktəblərinin əsas tərəfi elm və təcrübə ilə sıx əlaqədir. Ümumilikdə Kanadanın ali təhsil sistemi ABŞ ali təhsil sisteminə uyğundur.

Bir halda ki, Kanadada iki dövlət dili - ingilis və fransız dili var, tələbələr bu iki dillərdən birində təhsil ala bilər. Bəzi universitetlərdə təhsilin iki dildə olmasına baxmayaraq, tələbələrin daxil olması üçün iki dili yaxşı bilmək elə də vacib deyil.

Avropa və Amerikanın əksər xarici ölkələrində olduğu kimi, Kanadada ali təhsil 3 pillədən ibarətdir:
Undergraduate (Bachelor's Degree) - bakalavr dərəcəsi verən ilk ali təhsil. Bakalavr proqramı üzrə təhsil müddəti əyalətdən asılı olaraq ən azı 3 il, bəzi fənlərə görə isə - daha çoxdur. 3 ilə bakalavr dərəcəsi verilən əyalətlərdə, tələbələr fərqlənmə diplomu almaq üçün bir il daha oxumalıdırlar. Fərqlənmə diplomu əsas fənn üzrə ixtisaslaşmanın daha yüksək səviyyəsini tələb edir və adətən magitraturaya daxil olmaq üçün lazımdır.

Graduate (Master's Degree)
- magistr dərəcəsi verən magistratura. Təhsil müddəti 2 ildir. Magistraturaya diplom işinin və ya dissertasiyanın yazılması və müəyyən fənn üzrə təcrübənin aparılması daxildir.

Postgraduate - doktor dərəcəsi verən aspirantura (istənilən sahədə rəsmi dərəcə - fəlsəfə elmləri doktoru PhD adlanır). Təhsil müddəti - 3 (ən azı) və ya 4 ildir, bir il məktəbdə keçirilməlidir. Əksər hallarda doktoranturaya qəbul olmaq üçün magistr dərəcəsi tələb olunur. Bəzi universitetlər üçün tələbənin fərqlənmə diplomunun olması da kifayətdir.

Daxil olarkən ümumi tələblər
Orta təhsil haqqında attestat;
TOEFL, SAT (bakalavrlar üçün), GRE (magistratura və doktorantura üçün) və ya LSAT (hüquqşüsanlar üçün imtahan) imtahanın verilməsi haqqında sertifikat.

Ərizələrin verilmə müddətləri
Universitetlərdə dərs ili adətən sentyabrdan maya kimi davam edir və 2 semestrə bölünür. Bəzi universitetlər yay ayları daxil olmaqla bir və ya üçsemestrli tədris kursları təklif edir. Bəzi təhsil proqramları tələbələrə yanvarda və ya mayda dərsə başlamağa imkan verir. Ərizələrin qəbul müddəti (təxminən) - yanvar-mart aylarındadır.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2125
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 9444
Xəbər sayı: 2
Qeydiyyat: 18.09.2013
lili)
menim meqsedim ancaq usaqlarimi oxutmaq ozum oxuya bilmedim yonelmisem usaqlaraki oxusunlar islesinler
6 fevral 2015 09:20
6
Şərh sayı: 8350
Xəbər sayı: 40
Qeydiyyat: 6.07.2014
aziz a
Oxumaq isteyen her yerde oxuyar,behanesiz...
29 yanvar 2015 00:36
5
...
Şərh sayı: 16531
Xəbər sayı: 1522
Qeydiyyat: 24.12.2014
Tomris Müslümova
men xaricde oxuyuram.hamoya qismet
28 yanvar 2015 20:25
4
Mənim olan bu heart səni çox sevir!!!
Şərh sayı: 16080
Xəbər sayı: 587
Qeydiyyat: 15.06.2014
emis
kanadaya getmek isterdim
28 yanvar 2015 18:12
3
Şərh sayı: 18379
Xəbər sayı: 1303
Qeydiyyat: 25.06.2014
Fialka
Təhsil sistemi düzdü çətin olsada diplomu bütün dünyada tanınır..
28 yanvar 2015 18:03
2
Şərh sayı: 80409
Xəbər sayı: 30
Qeydiyyat: 5.03.2012
BARBI
Tehsil sistemleri cox cetindir
28 yanvar 2015 17:40
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri