Xəyanəti düşünmə...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 661
Səs ver:
(səs: 2)
http://imgs.su/tmp/1322126999-656.jpg


Xəyanət əslində çox qəribə bir haldır.Bütün ətrafın xəyanətlə dolu olduğu anda bəzən elə özümüzdə xəyanətə uğrayırıq,və hətta dəfələrlə.

Və əlbət elə bir hiss keçirir ki insan o zaman,sanki dünya dağılıb,sanki artıq yenidən nəyisə qurmaq mümkünsüzdü,qəlbində dərin bir acı olur,hər xatırladıqda yenilənən bir ağrı.
Belə bir hissi yaşayan insan fərqli hərəkətlərə əl atır.Bəzən qisas hissini keçirir,bəzən özünə qəsd edir (özünü artıq lazımsız biri saydığından),bəziləri münasibətə aydınlıq gətirir,bəziləri sadəcə ayrılıb gedir.Və əlbət heçdə ayrılıq bu situasiyada ən doğru bir addım deyil.
İlk öncə sakitləşmək (əlbət ki bu heçdə asan deyil) və sonra düşünmək lazımdı:nədən oldu?necə oldu?səbəb nə?
Xəyanətin bir çox səbəbi ola bilər:

1. Ölmüş bir sevginin bədəli.
Əlbət ki bu halda sən qarşındakı insanla sakit halda sönbət etməli və doğrunu öyrənməlisən. Bəzən bir çox insan özündə güc toplayıb qabaqcadan
artıq sevginin olmadığını söyləyə bilmir. Və siz onu sadəcə sizə doğrunu demədiyinə görə günahlandıra bilərsiz, əsla sevginin öldüyünə görə deyil.


2. Qarşılıqlı münasibətlərdə problemlərin bədəli.
Qarşılıqlı münasibətdə problemlərin olması heçdə sevginin ölməsi və ya olmaması demək deyil. Bəzən ailədə hansısa səbəbdən problem olduqda öz hirsini xanımında çıxarmamaq üçün bir çox kişilər xəyanətə əl atır. Və sonrada sakit halda evə qayıdır. O öz düşüncəsində problemi həll etmiş olur. Psixoloqlara görə bu tip xəyanəti bəzən mehribanlığın stabilizatorudur. Bu hissi yaşayan ailələr sonra daha çox bir-birinə qayğılı, səbrli və anlayışlı olur, artıq belə bir halın yaşanmaması üçün əlindən gələn hər şeyi edir.


3. İnsanın daxilində ki problemlərin bədəli.
Bu tip problemlər əlbət saysız-hesabsızdır. Bəzən insanlar ciddi münasibətə hazır olmur. Və qarşısındakı insan onu tələsdirdikdə o daxilən sıxılır və xəyanətə əl atır. Bəzən insanlar özlərinə güvənmir. Və onlar intim yolla özlərinə inamı artırmaq istəyirlər. Və bəzəndə bir çox kişi elə düşünür ki, əsl kişinin həm həyat yoldaşı, eyni anda sevgilisidə olmalıdı. Hətta bəzən deyirlər ki, bir insana sadiq qalmaq ondan asılı vəziyyətdə qalmaq anlamını verir. Bu səbəbdən onlar xəyanətə əl atır.
Bütün səbəbləri araşdırdıqdan sonra birdəfəlik ayrılıq bəzən doğru seçim olmur, çünki əgər səbəb hansısa problemlərdisə, onların həllini tapmaqla nəyinki əvvəlki münasibəti yenidən qurmaq, hətta ondanda dərin və gözəl münasibət yaratmaq mümkündür.


Əlbət xəyanət hər zaman tək intim münasibətlə ölçülmür. Xəyanət bəzən fikirlərlə olur, yanında ailən olsada onun qucaqlarkən başqasını düşünməkdə xəyanətdir. İnsan sevdiyi bir insana, ailəsinə xəyanət etməklə sadəcə özünü aldatmış, özünə xəyanət etmiş olur.

Bu səbəbdən gəlin xəyanəti heç düşünməyək...

(səs: 2)
Şərhlər: 1
Baxılıb: 2 661
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri