Qərb ölkələrini bürüyən qəribə yeni ənənə!

Müəllif: Ayşə_gül
Şərhlər: 14
Baxılıb: 2 665
Səs ver:
(səs: 2)
Qərb ölkələrində yeni moda yaranıb - yağlı qəhvə içmək. Belə içkinin orqanizmin enerjisini artırdığı hesab olunur. Bundan əlavə, artıq çəkini atır və insanı daha da diqqətli edir.

Qadınlar.bizin Rusiya KİV-nə istinadən məlumatına görə, ABŞ və Britaniyadakı məşhur qəhvə kafe şəbəkələri öz menyularına yağlı qəhvə də daxil ediblər.
Belə bir resepti sağlam həyat tərzi üzrə quru Deyv Asprey Tibetə səyahət edərkən aşkarlayıb. Onun sözlərinə görə, içki insanı 6 saatlıq enerji ilə təmin edir.

Bədən həmin saatlar ərzində bütün kaloriləri yandırır. Bundan əlavə, koqnitiv funksiyaları da yaxşılaşdırır.
İki damcı rafinə edilmiş kokos yağı götürülür, ona iki çay qaşığı duzsuz kərə yağı əlavə edilir. Bunlar köpük halına salınaraq qəhvəyə əlavə edilir.

İçkinin dadı kifayət qədər spesifikdir. Qəhvə əməlli-başlı yağlı alınır.
Deyv Aspreyin reseptinə qarşı çıxanlar da az deyil. Mütəxəssislər iddia edirlər ki, yağlı qəhvənin piyi əritməsi barədə iddialar cəfəngiyyatdır. Çox böyük ehtimalla, belə qəhvə orqanizmdə xolesterinin miqdarını artırır.
(səs: 2)
Şərhlər: 14
Baxılıb: 2 665
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri