Adsız yazı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 014
Səs ver:
(səs: 4)
Cənnətdə iqlim gözəldir…amma Cəhənnəmdə daha çox dost tanış var…Yəni ki, var elə bir insan yada insanlar topluluğu amma mənim yaşadığım məkandan uzaqdadırlar…Nə vaxtsa tapilarlar və qarşıma çıxarlar…tapılacaq….100%…Amma indi yox…

Adsız Yazı
Bir zaman sonra alışacaqsan dondurucu soyuğa
Alışana qədər üşüyəcəksən amma
Alışdığında həzz alacaqsan yalnızlıqdan
Və anlayacaqsan yaratdığın dünyanın onsuzda yalan olduğunu
Özünə zərər verdiyin qədər böyüyəcəksən , çoxalacaqsan
Öz dünyana sığmayacaq digərlərinə sataşacaqsan...Canının yandığını özündən belə gizlədəcəksən

Tənha olduğuna özünü tamamən inandır
Elə bir yalan dünya quracaqsanki özünə ,özündə inanacaqsan zamanı gəlincə...Onsuz yalansa hər şey öz yalanımı özüm yaratdım deyəcəksən və başlayacaqsan yalançı oyuncaqlarla süstlənmiş YALAN senaryona...

Qanın qara olacaq.Elə inanmaq istəyəcəksən elə görəcəksən...Göz yaşın qara olacaq...Gülüşlərin qara.Düşündüklərin qədər kirlisənsə elə olmalıdır.Qapqara olmalısan.Günəşdən kömürlənmiş bir maska taxacaqsan masum üzünə.Digər maskalılara inad səninki gözəlliyini örtəcək.Bu qədər safkən sevilmədiysən istədikləri şeytan olmalı deyə düşünəcəksən.Amma yalan insanların yalan dünyasından YALAN bir parça olmaq heç bir zaman xoşbəxt etməyəcək səni gerçək anlamda...Həmişə lənət edəcəksən gəncliyini əlindən alanlara...Lənət edərək yatıb lənət edərək oyanacaqsan.Amma alışacaqsan bu lənət dünyanın lənət insanlarının LƏNƏT ƏDALƏTİNƏ
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 3 014
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri