Məcbur olduqlarımız

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 968
Səs ver:
(səs: 0)
http://imgs.su/tmp/1322235286-656.jpg

Bezdim qaranlıq dünyamda işıq axtarmaqdan..
Bezdim hər şey yaxşıdır deyib yalan danışmaqdan..
Hər keçən gecəni gözü yaşlı, hər açılan səhəri məcburi gülüşlə qarşılamaqdan bezdim..
Bezdim gözdən yaş gələ-gələ gülümsəməkdən..
Bezdim yollara baxan həsrət dolu baxışlardan..
Bezdim yalanlardan..qəm-qüssədən..keçməyən kədərdən..
Bezdim üzümə gülüb arxamca danışan insanlardan..
Bezdim arxadan vurulan zərbəyə “Həyatdır..
bunları yaşamasam addımlamaram!” deməkdəan..

M601;cbur olduqlar305;m305;z

Çirkli havanı udmaqdan, nəfəs almaqdan belə bezdim...
Nalayiq hərəkətləri, sözə gedən, yaxşılığı itirən,
böyük-kiçik yerini bilməyən insanları görməkdən bezdim...
Gündə 5 dəfə azan eşitmək yerinə, haram musiqiyə qulaq asan
dildə "Müsəlman” olan məxluqları görməkdən hətta nifrət
etməkdən belə bezdim...
Gözə girmək üçün bəndənin önündə yaxşı olmağı,
ALLAHın qabağında isə
günahkar olmağı seçən qullardan bezdim...
Bahar arzusunda olub, həyat fəsillərimi ancaq Qış kimi
keçirməkdən bezdim..

M601;cbur olduqlar305;m305;z

Atılmış valideynlərin o məsum baxışlarına baxıb utanmaqdan bezdim..
Kimsəsiz uşaqların bir nəvaziş üçün ağlamaqlarını eşitməkdən bezdim...
Sevgi boş şeydi deyib, sevgiyə görə qürurlarından keçən ağılsızlara
gülməkdən bezdim...
İnsanların ac, heyvanların tox olduğunu bilməkdən bezdim..
Şeytanın hiyləsinə düşən “möminlərin” Din haqda çox bilmiş kimi
danışdıqlarına qulaq asmaqdan bezdim...
Axmaqların alim, savadsızların həkim, biliksiz müəllimlərin, Fatihə sürəsindən
başqa heçnə bilməyən Din xadiminin, itin ət - insanın sümük yediyi,

M601;cbur olduqlar305;m305;z

hər gün fəlakət baş verən, minlərlə şəhid verən,Yas məclisinin ehsanında
kabab yeyilən,Dini bölən,ALLAHın önündə eyni olan bəndələri
təbəqəyə bölən, oxuyan çöldə - pul verən onun yerinə
universitetdə oturan, dünya malı ilə hörmət qazanan insanların
zəmanəsini, bu yolda qurulan həyat qanunları ilə yaşamaqdan bezdim sadəcə..
Acı amma həqiqətlər ilə dolu olan səhv yollarda addımlamaqdan bezdim..
Məcburam..Məcbur olmaqdan bezdim..

M601;cbur olduqlar305;m305;z
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 968
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri