Qisqanc Qaynana Fikirleri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 5 084
Səs ver:
(səs: 0)
http://imgs.su/tmp/2012-01-07/1325920723-302.jpg
Oğul- Ana, bu köynəyimi ütülə.
Ana- Ütülü köynəklərindən birini geyinsən olmaz oğlum?
Oğul- Olmaz bunu geyinəcəyəm.
Ana- Evlən arvadın ütüləsin!
Oğul- Ütüləyəcək!
Ana- Görəcəm mən səni.Ah oğlum, ah,yad qızı ütüsüz köynək geyindirər. Səsini də çıxarda bilməzsən.
alt
Ana- Oğlum bu şkaf niyə bu haldadı? Dünən düzəltmişdim.
Oğul- Ordakı idman formamı götürərkən dağıldı.
Ana- Ordakı forma imiş, forma hörsünlərbaşına.
Oğul- Ana o corab deyil?
Ana- Sən anana lağ et evlən görəcəm mən səni. Ah oğlum, ah.Yad qızı necə nizama salarsəni görərsən.
alt
Oğul- Ana corablarım hardadı?
Ana- Sağdan, soldan yığıram o corabları yuyuruq qoyuruq siyirtməyə götür geyin.
Oğul- Tapa bilmədim.
Ana- Necə tapa bilmədin baxmırsan ki? Al götür!
Oğul- Ana bunların biri qara biri göydü.
Ana- Bax belə dağınıqla heç bir qız gəlməz sənəgəlsədə dözməz.İki gündə atasının evinə qaçar gedər. Ah ,oğlum ah. Yad qızı biri qara, biri ağ corab giyindirsə sənə, nə olduğunu belə bilməzsən.
alt
Ana- Harada qaldın sən dünən gecə?
Oğul- Fəridgilin evində qaldıq üç beş yoldaş, zəng edib dedim axıana.
Ana- Rəfiqə xalanda yox idi, evdənələr qarışdırdınız kim bilir. Amma yox sənin başını bağlamağın vaxtı gəldi. Evlən bax,görək səkkizdən sonra evə gələ bilirsənmi? Ah, oğlum, ah yad qızı qapı belə açmaz adama.
alt
Oğul- Ana bu yemək duzsuzdu.
Ana- Duz qədər başına daş düşsün sənin. Ana əlinə sağlıq ən çox sevdiyim yeməyi hazırlamısan deməkdənsə duzu az deyirsən.
Oğul- Ana mən makaron sevmirəm ki, sənin ürəyinə yatsın deyə yeyirəm.
Ana- Yemə, oğlum yemə. Yemək məcburiyyətində deyilsən evlən görəcəyəm mən səni, yad qızı söykəsin üç pay makaronu sənin qarşına görüm ən sevdiyin yemək olmurmu?
alt
Ana- Oğlum gözəl balam xəstəyəm qalx mənə bir stəkan su ver.
Oğul- Oldu ana qoy bir qol vursunlar!
Ana- Oğlum yarım saat əvvəl bir stəkan su istədim səndən
Oğul- Gətirirəm ana!
Ana- Qalsın gətirmə mən özüm içərəm suyumu. Ah başım, bəslə böyüt sonra bir damla su gətirməsin sənə ah, belim!
Oğul- Ana bağışla yat sən mən dərhal gətirirəm.
Ana- İstəmirəm sənin sununu qalsın evlənincə arvadına gətirərsən.Bir az başım ağrıyır desə həkim-həkim gəzdirərsən onu.Yad qızı barmağında oynadar səni..
P.S.Sonda demək istəyirəm ki, qaynanalar nə qədər danışsalar da biz onlara hörmət etməliyik. Çünki onlar bizim sevdiyimiz insanın Anasıdı. Və ya ən azından onu bilməliyik ki, biz özümüz də gələcəyin qaynanasıyıq.

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 5 084
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri