Diqqəti artırmanın yolları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 365
Səs ver:
(səs: 2)
Əgər gördüyünüz işdə daha bacarıqlı olmaq istəyirsizsə,  bu tövsiyələrə diqqət etməlisiz.

8 işarəsi çəkin. Bu, bir şeyə diqqət cəmləşdirmək üçün edə biləcəyiniz ən sadə hərəkətdir. Bir taxtaya, ya da kağıza sonsuzluq işarəsi çəkin. Bunu havada görünməz şəkildə barmaq hərəkətləri ilə də edə bilərsiz.

Sonra işinizə başlaya bilərsiz. Bir işə başlamaq üçün diqqətinizin yayındığını hiss edirsizsə, dərhal bu hərəkəti edin.

Eyni anda birdən çox iş görməyin. Hər iş üçün bir müddət müəyyən edin. Bütün diqqətinizi bu işə yönəldib yayınmasını əngəlləyə bilərsiz. Birdən çox iş görmək həm diqqət dağınıqlığına, həm də keyfiyyətsiz işlər ortaya çıxarmanıza səbəb olur.

Bir şeyi ilk, ya da son dəfə edirmiş kimi hiss edin. Bu halda o işə daha çox diqqət yönəltmiş olarsız.

"5 dənə daha” üsulundan istifadə edin. Bir işi görərkən sıxılıb vazkeçmək istəyirsizsə, "5 ədəd daha” üsulundan istifadə edin. Oxumaqdan sıxıldınızsa, 5 səhifə daha çox oxuyun.

İşləməkdən sıxıldınızsa, 5 dəqiqə daha çox çalışın. Belə halda zehniniz sıxılma nöqtəsini aşar, zehni səbr və dözümlülük körpüsü yaratmış olarsız.

Yazaraq zehin qarışıqlığının önünə keçin. Önəmli bir şeyi etməyə çalışarkən, digər şeylərin fikrinizi dağıtdığını düşünürsüzsə, onları bir kağıza yazın və qarşısına da onunla nə vaxt məşğul olacağınızı qeyd edin. Sonra önəmli işinizə dönün.

Özünüzü mükafatlandırın. Bir şeyə başlamadan əvvəl bitirdiyinizdə özünüzə nə hədiyyə edəcəyinizi planlaşdırın. Bu, sizi motivə edən, rahatladan hər şey ola bilər. Böyük, bahalı bir şey olmaq məcburiyyətində deyil, sadəcə sizə zövq versin.

Layihəniz haqqında spesifik olun. Nəyi tamamlayacağınızdan əmin olun. İmtahana hazırlaşarkən mütləq hansı bölümləri oxuyacağınıza və onlara nə qədər vaxt ayıracağınıza əmin olun.

Lazımsız fəaliyyətlərdən qaçın. Qısa müddətli diqqətə sahib insanlar bir yerdə durmazlar, çox hərəktli olarlar. Əl qollarını çox hərkət etdirər, ətrafdakılarla danışmadan durmurlar .

Diqqəti güclü insanlar isə daha sakit və dincdirlər. Soyuqqanlı olun və gərəksiz hərəkətlərdən qaçın.

Rahat, diqqət dağıdıcı amillərdən (işıq, gurultu) uzaq bir şərait qurun.

Diqqəti artıran qidalar yeyin. Dəmir çatışmazlığı diqqəti azaldır. Ət, toyuq, balıq kimi dəmirlə zəngin qidalar diqqətinizi canlı tutar. C vitamin tərkibli qidalar da diqqətə faydalıdır. Portağal suyu, ya da limon suyu sıxılmış qara çay da içə bilərsiz.

Özünüzə qarşı nəzakətli olun. Özünüzü çox məcbur etməyin. Həmin an ağlınızı məşğul edən şeylər varsa, onları sakit şəkildə beyninizdən çıxarın, ya da bir yerə qeyd edin.

Özünüzə diqqət cədvəli hazırlayın.  İş ərzində diqqətiniz hər yayındığında cədvələ işarə qoyun. Yavaş-yavaş azaltdığınızı görəcəksiz.

İşinizi kiçik parçalara bölün. Bu halda daha az çökmüş olarsız.

Diqqəti artıran idman hərəkətləri edin.

İşə bütün istəyiniz, qəlbinizlə başlayın. İşi daha yaxşı görmək istəyirsizsə, diqqətinizi əsirgəməyin.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 3 365
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri