Elvida men gedirem Eilvida

Müəllif: NaZa25
Şərhlər:
Baxılıb: 5689
Paylaş:
Səs ver:
(səs: 1)

http://imgs.su/tmp/1322289454-656.jpg

 

alt

 

Mən vidalaşmağı belə bacarmıram. Duyğularımı açıqlamağı da həmçinin. Hələdə bu son görüş günü olan əlvida kəlməsi çox acılı gəlir. Əslində heç bu cür bir son görüşməyə gərək yoxdur. Amma insanın qanı durmur. Nə var bu son anlarda?

Səndən məni xatırlamanı belə istəmirəm, sadəcə təmizliyini və saflığını yaşadaq bu sevginin qəlbimizin dərinliyində. Nə gözəl başlanmışdı. İkimizdə gənc idik, coşqunluğumuzun son səhifəsində qanımızın qaynadığı bir anda gördük bir-birimizi, sevdik.

Gecələr boyu yuxusuz qaldıq bir-birimizi düşünməkdən, ən gözəl həyəcanları, ən gözəl baxışları yaşadıq. Həmin eşqi yaşadıq, zamanı durdurub həyatın gözəl anlarını birgə yaşadıq. İncikliklərin də ən gözəllərini biz yaşadıq. Çünki barışmaqda ayrı bir zövq verərdi bizə. Sevdik, sevildik.

Sevgi əhdi bağladıq əhdə sadiq qalmayacağımızı bilə-bilə. Günlərcə aylarca yalnız ikimiz varmış kimi yaşadıq. Nə yan baxan gözlərə, nə qarşı çıxan böyüklərə, nə də dost sözünə aldandıq. Öz atəşimizdə yandıq, ən önəmlisi isə bir-birimizi anladıq.


alt



Romantik nəğmələri yaşadıq səninlə sərin axşamlarda. Ən gözəl çiçəkləri verdin mənə. Röyalarda belə yalnız ikimiz var idik. Gerçək sevgini daddıq bunu səndə bilirsən. Elə isə həminki duyğular qalmalı deyilmi? Biz birlikdə olmasaq da... gözəl başlayan çox gözəl yaşanan bu eşqi eyni təmiz duyğularla bitirməliyik. İndi də ayrılığın ən gözəlini ən acısını yenə biz yaşayırıq...


Nə deyirsən bu da Allahın bir lütfü deyilmi bizim üçün? Sil göz yaşlarını. Nədən göz yaşların mənimkilərlə yarışır? Sən mənim sadiq qocaman sevgilim deyilsənmi? Səni daim bu cür xatırlamaq istəyirəm. Artıq sil göz yaşlarını.

Hava da qaralmaq üzrədir. Zaman bizim üçün sanki səhəri açmazdı. Yenə əvvəlki kimi olmamızı istəyir hər halda. Demək ki, ayrılmağımızı istəyirsən. Son olaraq isə kiçik bir istəyim olacaq səndən. Arxana dönüb gözü yaşlı gözlərin ilə mənə baxma oldumu. Hər şey burdaca bitsin. Əlvida!....



alt

 


loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 5689
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv