Şəkil çəkdirərkən poz verməyin hiylələri

Müəllif: tek umidim sen
Şərhlər: 7
Baxılıb: 9 879
Səs ver:
(səs: 2)
Şəkil çəkdirərkən poz vermək heç də asan deyil. Hətta bunu heç bacarmayan, bütün şəkillərində heykəl kimi duran insanlar var. Şəkillərlə özəl anlarımızı ölümsüzləşdiririksə, niyə də poz verməyi bacarmayaq? Sadəcə çalışmaq lazımdır.

Arxa fon çox vacibdir. Yəni harda şəkil çəkdirməniz şəklin keyfiyyəti üçün əhəmiyyətlidir. Arxa fonun rəngi geyiminizin rəngi ilə təmas edirsə, yerinizi dəyişin. Şəkil çəkdirərkən geyiminizin, saçınızın rəngindən fərqli rəngdə olan yerlər seçin.

Dümdüz kameraya baxmayın. Başınızı fərqli yönlərə əyərək poz verin. Hansı istiqamətdə baxarkən qəşəng göründüyünüzü bilmirsizsə, güzgünün qarşısınıda bunun üçün çalışın

Əgər profildən şəkil çəkdirirsizsə, qollarınızı bədəninizlə təmas etdirməyin. Bu zaman qollarınız olduğundan da qalın görünə bilər.

Şəkil çəkdirərkən sadəcə başınıza deyil, bədəninizə də müəyyən bir istiqamət verin. Düz dayandıqdan sonra bədəninizi  45 dərəcə istədiyiniz istiqamətə çevirin. Bir ayağınızı digər ayağınızın arxasına atın və bütün bədən ağırlığınızı arxadakı ayağın üzərinə yıxın. Əllərinizi belinizə qoyun

Ayaqlarınızı  çarpaz tutun. Bu, ayaqlarınızın daha uzun görünməsinə kömək edəcək. Oturarkən ayaqların çarpaz qoyulması daha gözəl effekt verir.

Gülün, əhvalınız pis olsa da gülün. Unutmayın, xoşbəxt insanlar hər zaman şəkillərdə qəşəng düşərlər.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 9 879
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri