Sağlam olmağın 7 əlaməti

Müəllif: Sara035
Şərhlər: 11
Baxılıb: 856
Paylaş:
Səs ver:
(səs: 0)
Qədim Çin təbabətinə görə sağlam olmağın 7 əlaməti mövcuddur ki, onların bir çoxu insanın birbaşa fiziki sağlamlığına deyil, psixi və emosianal sağlıq durumuna aiddir.
Çin təbibləri bildirilər ki, bu cür yanaşma insanın fiziki sağlamlığını daha dəqiq müəyyən edir.

1. Sağlam olmağın birinci əlaməti insanın yerişinin qətiyyətli, gözlərinin parlaq, baxışlarının canlı, bütün gördüklərini maraqla seyr etməsi, qamətinin düz olmasıdır. Məhz belə əlamətlər kənardan insanı tam enerjili, bütün işlərin öhdəsindən yorulmadan və xoş əhvalla lazımınca gəlməyi bacaran bir varlıq kimi göstərir.

2. Şərq müdriklərinin belə bir deyimi var: "Yeməyi almaq olar, iştəhanı yox”. Sağlam olmağın əlamətlərindən biri insanın iştəhalı olmasıdır. Sağlam insan süfrə arxasına məmnunluqla, həvəslə keçməlidir. Şərqdə iştəhalı olmaq, qidalanmaq təkcə aclığı aradan qaldırmaq kimi dəyərləndirilmir, o həm də yeni fəaliyyət, yaşamaq istəyi üçün insanın növbəti bir cəhdi kimi qiymətləndirilir.

3. Şərq müdriklərinin belə bir deyimi də var: "İstənilən yatağı almaq olar, amma yuxunu almaq mümkün deyil”. Çin təbibləri sağlam olmaq üçün ən azı 4-6 saat dərin yuxunun vacibliyini xüsusilə vurğulayırlar. Onların qənaətinə görə sağlam insan üçün 4-6 saat yuxu yetərlidir. Əgər insan sutka ərzində 10-12 saat yatırsa, yaxud səhər tezdən oyananda özünü tam gümrah hiss etmirsə bu artıq sağlamlıqda olan ciddi problemlərə işarədir. Normal, sağlam, dərin yuxu sağlam olmağın əlamətidir.

4. Sağlam olmağın digər əlamətlərindən biri istənilən yaşda yaddaşın normal olmasıdır. Elə düşünmək lazım deyil ki, yaş artdığca yaddaş zəifləməlidir. Qədim Çin təbabəti bu fikri yanlış sayır. Sağlam insan yaşından asılı olmayaraq uzaq keçmişində və yaxın ötən günlərdə baş verən hadisələri asanlıqla xatırlamalıdır.

5. Sağlam insan yumor hissinə malik olmalıdır. O təkcə ətrafında olan hadisələrə deyil, həm də özü ilə bağlı bəzi məqamlara yumor hissi ilə yanaşıb gülməlidir. Əgər insanda yumor hissi yoxdursa, demək onun sağlamlığında problemlər var.

6. Qədim Çin təbabətində sağlam olmağın əlamətlərindən biri də insanın öz işinə, ailəsinə, dostlarına, ona ehtiyacı olanlara, cətin vəziyyətə düşmüş insanlara mərhəmət göstərməyi, kömək etməyi, özünü verməyi bacarmasıdır. Bunu bacarmayanlar sağlamlıqları haqqında ciddi düşünməlidirlər.

7. Sağlam olmağın yeddinci əlaməti odur ki, insan qarşıya çıxan və ya onu gözləyən problemi vaxtında aradan qaldırmağı bacarır, düzgün qərarlar verir və öz enerjisini lazımi istiqamətə yönəltməyi bacarır. İstənilən bir problemin həllində yubanma, qorxu və qəzəb hissi, yaxud inciklik, paxıllıq, qisas kimi digər hislər bədənin enerji balansının pozulması, tənasübsüzlüyü kimi xəstəliyin göstəricisidir.

Çalışın bu 7 əlaməti öz həyatınıza gətirəsiniz və dünyanın əvəzsiz neməti olan sağlamlıq həmişə sizinlə olsun.

loading...
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 856
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
ismayilova ulker
Birce 7-ciye emel edirem. O birilerini pozuram. Calisacam emel edim. Tesekkurler Saram. Ellerine sagliq.
12 yanvar 2015 13:12
11
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
Offline
leyla_258
MARAQLI MELUMATLARDI,TWK.
11 yanvar 2015 17:00
10
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Offline
Wappuw
Hec birine emel etmirem
11 yanvar 2015 03:55
9
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
Offline
arzum-aysum
Axir vaxtlar ne vaxi vaxtinda yatiram, ne yeyirem, ne dincelirem. Ozumu cox yorgun ve bitmis hesab edirem.
10 yanvar 2015 23:51
8
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Offline
emis
bacardigim qeder emel etmeye calisiram
10 yanvar 2015 22:25
7
Offline
sona
Emel etmirem istediyim vaxt yeyirem istediyim vaxt yatiram ona gorede medem agriyir
10 yanvar 2015 22:08
6
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Offline
Gulu-Qezi
ellerine saliq baci
10 yanvar 2015 20:38
5
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
Offline
ece uslu
caliwiram ki emel edim

caliwiram ki emel edim
10 yanvar 2015 19:00
4
Offline
talis balasi
Calisiram ki saqlam olum ama yenede qripem((((
10 yanvar 2015 18:48
3
Offline
Fialka
Bunlardan bircə yuxuyla baglı problemim var gec yatıram
10 yanvar 2015 18:33
2
Offline
BARBI
Calisdigim qeder emel edirem
10 yanvar 2015 18:32
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv