Dünyada salamlaşma adətlərinin inanılmaz formaları var

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 7 240
Səs ver:
(səs: 1)
Dünyada salamlaşma adətlərinin inanılmaz formaları var.

Tibetdə dil çıxarmaq kimisə salamlamanın bir formasıdır(yoludur).
Yeni Zerlandiyada maorilər burunların bir-birinə toxundurmaqla salamlaşırlar.
Efiopiyada insanlar çiyinlərin toxundurmaqla,
Konqo demokratik respublikasında isə kişilər alınların bir-birinə toxundurmaqla salamlaşırlar.

Bir çox Asiya ölkələrində insanlar görüşərkən baş əyirlər.
Ərəb ölkələri ilə yanaşı bəzi Avropa ölkələrində də yanaqdan öpmək və qucaqlaşmaq geniş yayılıb.

Ancaq salamlaşmanın ən ümumi forması isə əl sıxmaqdır. Ən çox rast gəlinən hal olduğuna görə sən heç vaxt insanların nə üçün əl sıxdıqları haqda düşünmürsən.
Əl sıxmanın tarixi Yunanıstanla bağlıdır və e.ə 5-ci əsrə gedib çıxır. O sülh rəmzi olub və heç kimin silah gəzdirmədiyi mənasına gəlirmiş. Roma dövründə əl sıxma adətən qol tutma formasında olub. Bir-birinin qolundan tutaraq salamlaşma kiminsə paltarının qolunda bıcaq gizlətmədiyini yoxlamaq məqsədiylə edilib.

Bəziləri deyir ki, əl sıxmaq orta əsr Avropasına aiddir. Cəngavərlər gizlədilmiş silahları yerə salmaq məqsədiylə bir-birlərinin əlin sıxırdılar. Əl sıxma dünyada geniş yayılsa da ABŞ-da ona çox rast gəlinmir. Son dövrlərə qədər yumruq toxundurmaq adətən atletlər və gənclərin işlətdiyi bir jest idi. İndi isə o böyüklər də daxil olmaqla insanlar arasında daha ümumi bir hal alıb. Aparılan tədqiqatların birinə əsasən Amerikada 49% insan ənənəvi salamlaşma olduğu üçün bu üsuldan istifadə edir. Yumruq sıxıb onları astaca bir-birinə toxundurmaqla salamlaşma geniş yayıla bilər, amma bir çoxları üçün o praqmatik seçimdir. Bəzi insanlar əl sıxaraq hər hansısa bir virusa yoluxacaqlarından qorxduğu üçün yumruqların toxundurmağı üstün tuturlar.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 7 240
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri