Əgər bir gün bütün insanların hamısı ölərsə...

Müəllif: Miss_Oxatan
Şərhlər: 25
Baxılıb: 1171
Paylaş:
Səs ver:
(səs: 2)
İnsanoğlu yaradılmışların ən mükəmməlidir. Ancaq çox vaxt elə bu mükəmməl varlıq dünyaya və onun digər sakinlərinə ən böyük ziyanı, zərəri vurur. Bəzən yazarlar, ekoloqlar Yer kürəsinin insansız daha xoşbəxt olacağını bildirirlər. Bir qrup elm adamı da insansız dünyada nələrin baş verəcəyinə dair təxmini hesablamalar aparıblar. Sizə həmin hesablamanın nəticələrini təqdim edirik. Beləliklə, insansız dünya:

İlk həftə

Elektrik stansiyaları yanacaqla işlədiyi üçün insansız onların işlərini davam etdirməsi qeyri-mümkündür. Hətta küləklə işləyən turbinlər belə, tez-tez yağlanmasa, fəaliyyətini dayandıracaq. Məhz bu səbəbdən əgər insanoğlu bir anda dünyadan yox olsa, o zaman Yer kürəsində ilk işıqlar kəsiləcək. Atom elektrik stansiyalarının təxminən iki il maneəsiz çalışacaq enerji ehtiyatı var. Ancaq stansiyanın istehsal etdiyi enerji istifadə olunmazsa, reaktorlar avtomatik iki gün ərzində öz-özünə sönəcək. Beləliklə, bütün stansiyaların sıradan çıxması ilə bir həftə ərzində dünya qaranlığa qərq olacaq.

10 gün sonra

Marketlərdə, anbarlarda və evlərdə bütün qida məhsulları xarab olmağa başlayacaq. Siçan və siçovul kimi gəmiricilər binaların yeni sakinlərinə çevriləcəklər.

1 il sonra

Vaxtilə insanlara məxsus şəhərlər vəhşi heyvanların hakimiyyəti altına keçəcək. Yollar, parklar bitki örtüyünün altında qalacaq. Binalar bitkidən paltarlara bürünəcək. Təbii fəlakətlər, sellər artacaq.

25 il sonra

Əslində 25 il insansız bir məkanın necə olacağına Ukraynanın Pripyat şəhəri bir nümunədir. Çernobıl qəzasından sonra boşaldılan şəhərdə artıq 28 ildir həyat mövcud deyil. Ancaq nüvə fəlakətindən sonra belə şəhərdə fauna və flora nümunələri yaşamağa davam edir. Alimlərin ehtimallarına görə, 25 ildən sonra dəniz səviyyəsinə yaxın olan London, Amsterdam kimi şəhərlər su altında qalacaq. Göydələnlərin şüşələri daralma və genişlənmə nəticəsində qırılmağa başlayacaq. Boşalan binalar quş və böcəklər üçün yuvalara çevriləcək.
İnsanların ucbatından nəsli kəsilməkdə olan canavarların sayı durmadan artacaq. Buna bir misal olaraq ABŞ-ın "Yellowstone” milli parkındakı canvarları göstərmək olar. 1995-ci ildə milli parka bir neçə cüt canavar buraxılmışdı. On ildən sonra onların sayı 1500-ə çatmışdı.

50 il sonra

Böcəklərin "acgözlüyü” və kiflənmə nəticəsində bütün bina və evlər yerlə bir olacaq. Su anbarlarının beton divarlarında əmələ gələn çatlar böyüyəcək. Anbarların nəhəng su ehtiyatı qarşısına çıxan hər şeyi yuyub aparacaq. Körpülər korroziya nəticəsində çökməyə başlayacaq.

100 il sonra

1 əsrdən sonra dünyadakı bütün fotoşəkillər, videolentlər məhv olacaq. İnsanoğlunun varlığını sübut edəcək heç bir görüntülü dəlil qalmayacaq. Eyni aqibət kitabları da gözləyəcək. 200 ildən sonra əzəmətli duruşu ilə hamını heyran edən Eyfel qülləsi də korroziya nəticəsində belini bükəcək.
 
Qeyd edək ki, bu hesablama milyard illəri əhatə edir. Biz isə sizə yalnız onun kiçik bir hissəsini təqdim etdik.

loading...
(səs: 2)
Şərhlər: 25
Baxılıb: 1171
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
FISTIK
lap qorxdume amma onsuzda dunyanin sonuna az qalib
17 yanvar 2015 01:15
25
Offline
neri
maragla oxudum dogyrdanda insan olmasa olmaz
16 yanvar 2015 18:14
24
Sert
Offline
birdane
Maraqlidir
16 yanvar 2015 17:01
23
...heyat cox sade ve gozel ola bilerdi....
eger men her seyi bu qeder cox ureyime salmasaydim...
Offline
leyla_258
bu dunyanin axiri nece oar,goresen....
16 yanvar 2015 15:31
22
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Offline
isveç.de
Lap qorxumee(; (; (;
16 yanvar 2015 15:24
21
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
Offline
talis balasi
Allah axiretimizi tez versin
16 yanvar 2015 14:34
20
Offline
xeyalperest
Onsuzda bir gun dunya dagilacaq yeni onda hec esrlerin kecmeyine ehtiyac olmuyacaq
16 yanvar 2015 10:47
19
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Offline
guler19
maraqli xeber oldu ALLAH uzaq etsin
16 yanvar 2015 10:38
18
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Offline
lili)
Sitat: fialka
Təqdim edilən bu kiçik amma əslində yer kürəsini təşkil edən hadisə çox tük ürpərticidi.Oxuduqca hamsı gözümdə canlandı və fikirləşirəmki əgər belə bir hadisə baş verərsə nə vaxtsa bunu heçgörmək istəməzdim

qatiliram
16 yanvar 2015 09:50
17
Offline
ece uslu
maraqla oxudum
16 yanvar 2015 01:16
16
Offline
Şəbnəm Vüsal
a maraqlı idi...

a maraqlı idi...

a maraqlı idi...

a maraqlı idi...

a maraqlı idi...

a maraqlı idi...

a maraqlı idi...

a maraqlı idi...
16 yanvar 2015 00:38
15
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
Offline
emis
cox gozel ve maraqli xeberiydi
16 yanvar 2015 00:03
14
Offline
aziz a
Eger hami birden yox olacagsa, demeki, bu sadalananlara kimin ehtiyaci olacagki???
16 yanvar 2015 00:02
13
Rebbim kömek olsun cümlemize Amin
Offline
Luna-90
Qisasi "wolkined died" kinosu kimi.
15 yanvar 2015 23:35
12
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Offline
Miss_Oxatan
15 yanvar 2015 22:29
11
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Offline
Antikvar
Cox maraqla oxudum xeberi...Bu Cernobil nuve partlamasina gore insaanlar her biir esyalarini orda saxlayib oz seherini terk etmisler.Bu haqqda melumatim coxdu oxumusam hetta iller sonra aileler oz evine bas cekmmek ucun gedibler amma qarsilarina normal evden cox darmadagin qapilar suseler qirilmis hhalda evleri ile qarsilasiblar...Yasamsiz seher ve evler buna bir subutdu..
15 yanvar 2015 22:23
10
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Offline
BARBI
Allah gostermesin insanlar olsa ne olar dunyanin hali tamamile mehv olar

Allah gostermesin insanlar olsa ne olar dunyanin hali tamamile mehv olar
15 yanvar 2015 21:24
9
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Qlamurr
Sözsüz ki,Allahın yaratdığı ən mükəmməl varlıq insandı,insansız dünyanı heç təsəvvür etmirəm,əgər belə bir hadisə olarsa demək ki dünya da məhv olar...Heç kim bu mənzərəni görmək istəməz....xəbərə görə tşk....
15 yanvar 2015 21:20
8
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
Fialka
Təqdim edilən bu kiçik amma əslində yer kürəsini təşkil edən hadisə çox tük ürpərticidi.Oxuduqca hamsı gözümdə canlandı və fikirləşirəmki əgər belə bir hadisə baş verərsə nə vaxtsa bunu heçgörmək istəməzdim
15 yanvar 2015 20:51
7
Offline
Gulu-Qezi
maraqli idi
15 yanvar 2015 19:52
6
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv